Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25/01/2020
***
Onda balaca idikAdımız uşağıydı
Onda təzə deyildi
Əynimiz yamağıydı
Nənəm qoymazdı yerə
İynəsini, sapını
Bağlamazdı atamız
Darvazanı, qapını
Anamızın qucağı
İsti sobamızıydı.
Onda yaxın qonşular
Ən yad doğmamızıydı.
Biz ən böyük ağrını
Çapığımız bilərdik.
Gözümüzün yaşını
Qolumuza silərdik.
Anamızın verdiyi
Dürməyi bölüşərdik
Doyunca yeməsək də
Doyunca gülüşərdik
Uzun nar çubuqları
Bir çaparaq at idi
Acı sözü bizimçün
Ancaq istot idi…
Soyuq qış gecəsində
Qar örtərdi yolları
Bütün pəncərələrdə
İsti nəfəs buxarı…
Yorğandan qısa idi
Onda ayaqlarımız.
Onda dünya balaca
Böyük idik hamımız
***
Nənəm nağıl deyərdi
Dinləməkdən doymazdım
Bilsəydim böyüyəndə
Hamı çıxıb gedəcək
O balaca uşağı
Böyüməyə qoymazdım…