Avanqard

Əsəd Qaraqaplan - Səfil-sərgərdan Tanrı

27/12/2012

səfil-sərgərdan bir həyatım var, abi
kimsələrin gözü arxada qalmamasından yana
kimsələri həyatıma ortaq etmək istəmədim
həmişə yalnış bir şey kimi düşündüm
kimsənin yanında olmaq – yanımda olmağını
əslində mən onların düşündüyündən daha çox mərhəmətli çıdım

belə biri olduğumçün Tanrı məni bağışlasın
belə sərsəm – belə ayrılıqla dolu

belə biri olduğuma baxma, abi
onlar belə məni bu halımla sevdi
onlar – məni sevməyənlər
kimsələrin sevgisinə möhtac olmadım heç vaxt
kimsələrə boyun əymədim – məni sevsinlər
sevgilərin cəm halını heç vaxt başa düşmədim
sevgilərin tək halını yaşayarkən
mən yalnız KİMİSƏ sevdim – kimsələri sevmədim
mən yalnız KİMSƏnin məni sevməsini istədim
kimsələrin sevməsini istəmədim..
anan ya sevdiyin olsun
bir qadının sevgisi daha Tanrıca sevgi
daha Tanrıca sevmək..

tanrılara baxma, abı
onlar belə azalıb BİR oldular
səfil-sərgərdan bir Tanrımız qaldı sonda
hamıdan sevgi uman - hamını sevən Tanrı
kimsələrin sevgi ummaq istəmədiyi
kimsələrin sevmədiyi bir Tanrı..

Tanrı belə yanılmışdı kimsələrdən sevgi umub
KİMSƏdən ummamaqda
kimsələri sevməkdə - kimsəni sevməməkdə..
oysa Tanrı KİMSƏni sevmiş olsaydı
kimsələri daha çox sevmiş olardı...

Tanrıya baxma, abi
mən insanam – səfil-sərgərdan insan...

Digər Məqalələr