Əsəd Qaraqaplan - 19 Sentyabrın şeiri
19/09/2013
bir tarixçəsi var hər ayrılığın
ya bir yaxışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı...
atamın ölmü də ayrılıqdı son mənzilə
on doqquz sentyabr.. on doqquz sentyabr..
payıza bir gün qalmış gələr ayrılıqlar
sənsə yaz gəlməsən getmək istəyirsən
ya bir yağışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı...
Bakının rüzgarları dağıtmış divarları
sizin ev bizim evdi
bizim küçə sizin küçə
gediləsi bütün yollar bərabərdi..
..ama sən mənim deyilsən
ya bir yağışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı...