Elşən Böyükvənd - Gövdəsi kömürlü qız
03/07/2014
Gövdəsi kömürlü qız
Mağara divarında rəsm olub
Həps olunmuşlara oxşayan qocanın düşündəyəm
Yoxuşlara tamarzı daşlar
Külqabılar düşərgəsinin düşgünləri
İki tonqal yanır dağ başında
İki tonqal
Çəliklə
Qara buludlar ordusuna varıb
Çaxnaşıb-çaqqıldaşıb
Sarılığa dustaq torpağa yağıb
Göyərəcəyəmmi ?
Qarı üzərliyi
Çamur evin dili
Dam üstə göyərən tikandır
Dağlar pintisi
Ana əli başına çəkilməyən
Saçı darağın dişini qanadan
Gövdəsiz başdır
Bayatılar boxçasını bağla
At çiyininə apar
Tünd şüşəli gözlüyün arxasında
Sətir-sətir qırışlı boyundan
Göz muncuğu asladıqda
Kəhlik yerişini yamsılayan qarğa olduqda
Gedər yollar
Getməz oldu
Gövdəsi kömürlü qız
Somurub geyin məni, qorxma
Köksündəki qalanın
Açmazındayam.
Titrəklik
Hər sətir bir budaq
Hər sözcük bir yarpaq
Toxunursa nəfəsin
Əsər, titrər şeirlərim.
Çürümək
Bir bulmaca sayaq
Qaraldı ağ evlərimiz
Yatay-dikey
Canlıya həsrət hünülər kimi
Əmirik qanımızı
Yaşam qaydalarında
Və bir gecənin
Qana boyanmış mələfəsi
Keçmişin aydın güzgüsü
Və sevginin qutsal bayrağıdır
Mən
Qoxumuş qazanda çürüyürəm
Bacımsa
Akvariyum balığı kimi
Açıb yumur ağzını
Danışmağa.
Mağara divarında rəsm olub
Həps olunmuşlara oxşayan qocanın düşündəyəm
Yoxuşlara tamarzı daşlar
Külqabılar düşərgəsinin düşgünləri
İki tonqal yanır dağ başında
İki tonqal
Çəliklə
Qara buludlar ordusuna varıb
Çaxnaşıb-çaqqıldaşıb
Sarılığa dustaq torpağa yağıb
Göyərəcəyəmmi ?
Qarı üzərliyi
Çamur evin dili
Dam üstə göyərən tikandır
Dağlar pintisi
Ana əli başına çəkilməyən
Saçı darağın dişini qanadan
Gövdəsiz başdır
Bayatılar boxçasını bağla
At çiyininə apar
Tünd şüşəli gözlüyün arxasında
Sətir-sətir qırışlı boyundan
Göz muncuğu asladıqda
Kəhlik yerişini yamsılayan qarğa olduqda
Gedər yollar
Getməz oldu
Gövdəsi kömürlü qız
Somurub geyin məni, qorxma
Köksündəki qalanın
Açmazındayam.
Titrəklik
Hər sətir bir budaq
Hər sözcük bir yarpaq
Toxunursa nəfəsin
Əsər, titrər şeirlərim.
Çürümək
Bir bulmaca sayaq
Qaraldı ağ evlərimiz
Yatay-dikey
Canlıya həsrət hünülər kimi
Əmirik qanımızı
Yaşam qaydalarında
Və bir gecənin
Qana boyanmış mələfəsi
Keçmişin aydın güzgüsü
Və sevginin qutsal bayrağıdır
Mən
Qoxumuş qazanda çürüyürəm
Bacımsa
Akvariyum balığı kimi
Açıb yumur ağzını
Danışmağa.