Elşad can Şamil - Zəhərlənə bilərsən…
09/06/2016
Sənə olan hisslərimin istifadə müddəti
Dünəndən bitmişdir artıq.
Ehtiyyatlı ol bunnan sonra
adımı çəkəndə
zəhərlənə bilərsən
Mən özüm də o deyiləm daha,
Öpüşüm buz, bədənim aysberq.
Isinmək üçün qoynuma girmə
Soyuqluğumu görüb
Kədərlənə bilərsən
Mən yıxıldımsa qalxmağım zaman alar
Çətin olur sonradan özümə gəlməyim
Bu anda düşünmə gözümə girməyi?...
Mənə bağışlanmaq üçün qayıtma
bacarmaram
qəhərlənə bilərsən...
sən çox gözəl insansan
nə olsun ki biz yola getmirdik
adımı səninlə bir tutanlar
adımı üzərindən götürüb
mənə ləkə, səni tərifli sözə gətirərlər
qız gözə gətirərlər
Nəzərlənə bilərsən...
Məni neyirsən axı mən baxımsız qəsəbə
Mənimlə ayağın çox daşa dəyər
Yolarım toz torpaq, palçıqlı olar
Çevrəndə ha çox meqapolis var
Çalış qaçırma istifadə elə
şəhərlənə bilərsən
Həyatdı, həyatdan hər bir şey gözlə
möhkəm ol mənsiz vaxtlarında da
çoxusu çox söz atar, ürəyini sıxar
hətta gözləmədiyin məqamda
qabağına ağ atlı şəhzadə çıxar
diqqətli ol atını dəyişər
Yəhərlənə bilərsən...
Sənə olan hisslərimin istifadə müddəti
Dünəndən bitmişdir artıq.
Ehtiyyatlı ol bunnan sonra
adımı çəkəndə
zəhərlənə bilərsən...
Dünəndən bitmişdir artıq.
Ehtiyyatlı ol bunnan sonra
adımı çəkəndə
zəhərlənə bilərsən
Mən özüm də o deyiləm daha,
Öpüşüm buz, bədənim aysberq.
Isinmək üçün qoynuma girmə
Soyuqluğumu görüb
Kədərlənə bilərsən
Mən yıxıldımsa qalxmağım zaman alar
Çətin olur sonradan özümə gəlməyim
Bu anda düşünmə gözümə girməyi?...
Mənə bağışlanmaq üçün qayıtma
bacarmaram
qəhərlənə bilərsən...
sən çox gözəl insansan
nə olsun ki biz yola getmirdik
adımı səninlə bir tutanlar
adımı üzərindən götürüb
mənə ləkə, səni tərifli sözə gətirərlər
qız gözə gətirərlər
Nəzərlənə bilərsən...
Məni neyirsən axı mən baxımsız qəsəbə
Mənimlə ayağın çox daşa dəyər
Yolarım toz torpaq, palçıqlı olar
Çevrəndə ha çox meqapolis var
Çalış qaçırma istifadə elə
şəhərlənə bilərsən
Həyatdı, həyatdan hər bir şey gözlə
möhkəm ol mənsiz vaxtlarında da
çoxusu çox söz atar, ürəyini sıxar
hətta gözləmədiyin məqamda
qabağına ağ atlı şəhzadə çıxar
diqqətli ol atını dəyişər
Yəhərlənə bilərsən...
Sənə olan hisslərimin istifadə müddəti
Dünəndən bitmişdir artıq.
Ehtiyyatlı ol bunnan sonra
adımı çəkəndə
zəhərlənə bilərsən...