Elşad can Şamil - Əl at baxışımdan yapış...
10/07/2013
Özün də xəyala qarış...
Baxma mənim keçmişimə, keçmişimdə qaranlıq varGələcəkdən bir az danış...Danış ürəyim rahatlasın...Söz et bizim sevgimizdən, evimizdən, özümüzdənYaşananlarla sən barış...Barış ürəyim rahatlasın...
Sual dolu nəzərlərlə baxma mənim gözləriməMəni anlamağa çalış...Çalış ürəyim rahatlasın...Bilirəm ki, çox çətindir məni belə qəbul etməkMənim bu halıma alış...Alış ürəyim rahatlasın...
Gözlərimi sənə açdım, sürüşürdün bəbəyimdənƏl at baxışımdan yapış...Yapış ürəyim rahatlasınDüşün yeni arzular, özünə mənli xəyal yaratÖzün də xəyala qarış...Qarış ürəyim rahatlasın...
Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ