Avanqard

Elşad can Şamil - Bir fahişənin gündəliyi...

21/05/2014















Məni görüb düşüncələrinə qəm yedirtmə ana
Qızın hüzünlü göründüyü qədər üzünlü deyil ...
Hər kəs layiq olduğu həyatı yaşayır deyirlər...
Mən də yaşayışıma həyat qatmaq istədim.
Nələr yaşadımsa əvvəl-əvvəl saflığımdan,paklığımdan
Sonra... sonra isə paksızlığımdan yaşadım...
Şansızlığımdan yaşadım ana...

Həyatıma girənlər
inamsız addımlarla
ürəyimə ayaq basdılar ana...
Nə sevəcək bir ürək vardı yanlarında,
nə də sevgimi söykəyə biləcək bir çiyin...
çox balaca idi verdikləri ümüd...
mənə isə sən öyrətmişdin
azdan çox etməyi, yoxdan var etməyi.
O kiçicik işartılarla qocaman xəyallar qurdum, məsələn
verdikləri bir azacıq sevgini çox böyütdüm gözümde.
Yalnızlığımı vağzalı zümzüməsilə gəlinlik bilib əynimə biçdim...

Səbr etməyi öyrətmişdin ana,
Var olduğumu hiss etdirəcək qədər
ancaq bezdirməyəcək qədər gözlətdim duyğularımı bir kənarda.
səssizcə, ümüdlə, səbrlə, səbrsiz...
mənə buraxdıqları ümüd qırıntıları ilə gələcək qurdum
dizlərimi qucaqlayaraq...
ürəyimi müxtəlif zamanda müxtəlif adlarla bəzəməli oldum...
tək bir istəyim vardı həmişə
mənə gəldiklərində, ürəkləri də baxışları da təmizlənmiş olsun
vücudum kimi,könlüm də əzizlənmiş olsun...



Nə istəyirdim axı...?
Bir ovuc tutumluq sevgi,
biraz sadaqət və...və
ala bildiyim qədər dürüstlük!
çox gözəl bir eşq çıxacaqdı ortaya.
-ortalıqda qaldım ana...ortalıqda
Yanımda çoxları göründü
Sahib çıxan olmadı...
əlimi ehtirasla tutan oldu,
məhəbbətlə sıxan olmadı


Gözlədiyim ya heç gəlmədi,
Gəldisə də gözləmədiyim tərəfdən yaxınlaşdı.
Duyğularım korşaldıqca həya hissim incəlirdi,
ancaq onlara qarşı həyasız ola bilmədim...
vicdanları və ürəkləri dünəndə qalaraq gəldiler,
bugün üçün yaşadılar, sabahlarımı itirərək getdilər.
Qismətimin də harda itdiyini,
kiminlə getdiyini çox düşündüm ANA !
yadıma düşmədi...
Ismətimin kiminlə getdiyini isə hər ötən gün daha tez-tez xatırlayıram...

Digər Məqalələr