Əllərim öyrəşibdi şux məmə oynatmağa...
23/12/2013
Bayatlar
***
Ay dolanır batmağa
Yuxum gəlmir yatmağa
Əllərim öyrəşibdi
Şux məmə oynatmağa...
***
Mən Aşiq, yazma məni,
Al qələm, yaz məməni,
Olaydım qış kürsüdə,
Əməydim yaz məməni.
***
Dan yeri qızaranda,
Qız, məmən qızaranda,
Qalsa qoy oğlan qalsın,
Qalmasın qız aranda.
***
Mən aşıqəm nərgizlər,
Açılıbdır nərgizlər,
Ər istəyən maya gördüm,
Sinəsində nər gizlər.
***
Mən aşiqəm, yad ellər,
Yad ölkələr, yad ellər,
Belə sərxoş gəzənin,
Şamamasın yad əllər.
/kayzen.az/