Elkin Kərimli - Məktub
15/04/2014
İndi oxuyursan bu sətirləri
Mənim sevgim ilə qururlanırsan.
Bir az utanırsan, gülümsəyirsən,
\"Məni sevdiyini niyə danırsan?\"
Tellərin toxunur sətirlərimə,
Bunu hiss edirəm, bunu duyuram.
Küləklər ətrini gətirsin deyə
Hər gün pəncərəmi açıq qoyuram.
Bir qələm götürüb yazasan bəlkə...?!
Sevgilim, cox deyil, cəmi bir sətir.
Sonuncu xahişim budur ki, səndən.
Yazdığın məktubu sən özün gətir...
Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ