Əlisəmid Kür - Sonrası nə ola-ola
20/06/2013
Çölün dumanında azıb qalasan,Bir qoyun sürüsü otlayan yerdə.Əlini dizinə çırpıb qalasanÜrəyin buz kimi çatlayan yerdə.Sonrası... sonrası nə ola-ola.
Ocağın da sönə, düşəsən dərdə,Yanasan, öz tüstün başından çıxa.Bıçağın sümüyə dirənən yerdəCibindən pas atmış bıçağın çıxa.Sonrası... sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin,Tənhalıq içində canın sıxıla.Görəsən sinəndə bir daş göynəyir,Qəfildən bir quzu sənə qısıla...Sonrası... sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı...İllah da bir yandan duman, çən ola.Qurbanlıq quzusan, quzu qardaşım!Bıçağımdan qorxma...Sonrası... sonrası nə ola-ola.