Əli Şirin Şükürlü - Qəribə hadis
19/04/2013
qəribə hadisə gəlib başıma
o gün:
səhər yuxudan oyanıb
adətim üzrə
seyr edirəm pəncərədən:
görünən
bir parça torpaq,
bir parşa dəniz,
bir parça göy üzü –
payıma düşən.
seyr etdim. seyr etdim. seyr etdim
və hazırlaşıb evdən çıxdım. dəhlizdə
güzgü dayanır; sonuncu o yola salır məni
həmişə,daha dürüstü – güzgüdəki əksim.
evdən çıxıram və gedirəm.
adi iş günlərindən biridir.
başım üstündəki səma
o bir parça göy üzündən geniş,
sahili boyu keçdiyim dəniz
o bir parça dənizdən böyük,
üstü ilə hərəkət etdiyim torpaq
o bir parça torpaqdan çox.
yəni
payıma düşən
o bir parça göy üzünü,
o bir parça dənizi,
o bir parça torpağı
deyirəm.
qəflətən görürəm
uçur bir parça göy üzü – qartala bənzəyir,
caynağında bir parça dəniz, bir parça torpaq.
elə bil hər biri altçoxluq; qopub
ayrılıb iri bir çoxluqdan.
doğma gəlir mənə. qaçıram arxasınca çığıra-çığıra,
səsim çıxmır, az qala boğuluram. güzgüdən
əksim çıxıb gəlirardımca, pəncərəni daşıyır özüylə.
bu an telefon zəng çalır. ayılıram xəyaldan.
bilmirəm, bəlkə də huş aparmışdı məni. amma
sanki gerçək hadisə idi baş verən, içində də mən.
axşam evə dönürəm.
pəncərənin qarşısında dirək basdırılıb.
sancılıb bir parça torpağa,
başı bir parça səmada,
“üzü” bir parça dənizə.
dəhliz boşdu. güzgünün yeri dəyişilib.
əksim fərqli görünür mənə.
bir parça torpağın,
bir parça göy üzünün,
bir parça dənizin
qüssəsi çöküb əksimə
və heyrətlə baxır üzümə.
18.04.2013
o gün:
səhər yuxudan oyanıb
adətim üzrə
seyr edirəm pəncərədən:
görünən
bir parça torpaq,
bir parşa dəniz,
bir parça göy üzü –
payıma düşən.
seyr etdim. seyr etdim. seyr etdim
və hazırlaşıb evdən çıxdım. dəhlizdə
güzgü dayanır; sonuncu o yola salır məni
həmişə,daha dürüstü – güzgüdəki əksim.
evdən çıxıram və gedirəm.
adi iş günlərindən biridir.
başım üstündəki səma
o bir parça göy üzündən geniş,
sahili boyu keçdiyim dəniz
o bir parça dənizdən böyük,
üstü ilə hərəkət etdiyim torpaq
o bir parça torpaqdan çox.
yəni
payıma düşən
o bir parça göy üzünü,
o bir parça dənizi,
o bir parça torpağı
deyirəm.
qəflətən görürəm
uçur bir parça göy üzü – qartala bənzəyir,
caynağında bir parça dəniz, bir parça torpaq.
elə bil hər biri altçoxluq; qopub
ayrılıb iri bir çoxluqdan.
doğma gəlir mənə. qaçıram arxasınca çığıra-çığıra,
səsim çıxmır, az qala boğuluram. güzgüdən
əksim çıxıb gəlirardımca, pəncərəni daşıyır özüylə.
bu an telefon zəng çalır. ayılıram xəyaldan.
bilmirəm, bəlkə də huş aparmışdı məni. amma
sanki gerçək hadisə idi baş verən, içində də mən.
axşam evə dönürəm.
pəncərənin qarşısında dirək basdırılıb.
sancılıb bir parça torpağa,
başı bir parça səmada,
“üzü” bir parça dənizə.
dəhliz boşdu. güzgünün yeri dəyişilib.
əksim fərqli görünür mənə.
bir parça torpağın,
bir parça göy üzünün,
bir parça dənizin
qüssəsi çöküb əksimə
və heyrətlə baxır üzümə.
18.04.2013