Avanqard

Əli Şirin Şükürlü - Dovşan satırdılar yol qırağında...

03/10/2013

mutasiya

son vaxtlar
içini yeyirdi hər gün.
içini yeyən – düşüncəsi.
və hər gün içini yeyə-yeyə
sürətlə dəyişdiyinin fərqində idi.

bu dəyişiklik yaşlanma deyildi təkcə;
bir gün quşa bənzəyirdi,
bir gün – ağaca,
bir gün - pələngə,
bir gün – tülküyə,
bir gün – dovşana,
bir gün – canavara,
bir gün – pişiyə,
bir gün - çiçəyə...

hər gün dəyişirdi
və çıxmırdı evdən
ta öz şəklini alana qədər.

hər gün
bir cavanla rastlaşırdı küçədə eyni vaxtda;
eynən özünün bənzəri. surətini çıxartmışdılar sanki
parlaq, keyfiyyətli kağızda. hər dəfə
“mən solmuş fotosuyam bu gəncin” – düşünürdü təbəssümlə.

hər gün
çıxırdı evdən və daşıyırdı özüylə
bir gün – quşu,
bir gün – ağacı,
bir gün – pələngi,
bir gün – tülkünü,
bir gün – dovşanı,
bir gün – canavarı,
bir gün – pişiyi,
bir gün - çiçəyi...

dovşan satırdılar yol qırağında,
tutub ayaqlarlndan yelləyirdilər başı aşağı.
saxlayıb avtomobili aldı dovşanı. bir az irəlidə
yenidən saxlayıb avtomobili buraxdı onu səhraya.
gördü dayanıb özünün bənzəri cavan azca aralı
baxır üzündə təbəssüm.ilk dəfə gülümsəyən görürdü o cavanı.
dağılır şübhəsi: “klon deyilmiş, gülümsəyirsə”.

qayıtdı evə. əlində bir dəstə çiçək. neçə illlərdi qapıya öyrəşən
dümağ pişiyin çöməlib qarşısında, xeyli baxdı gözlərinə
tumarlaya-tumarlaya başını. xeyli baxdı. sonraçiçəkləri keçirib
qapının dəstəyinəgirdi mənzilinə.
səhər oyanıb yuxudan, yenidən şahidi oldu dəyişikliyin; indi gah dovşana,
gah da pişiyə bənzəyirdi. xeyli düşündü və uzanıb yerinə yumdu gözlərini.

o,
dovşan-pişik ilində doğulmuşdu.

çiçəklər saralırdı qapının dəstəyində.
pişik cırmaqlayırdı qapını.
bir dovşan dolaşırdı səhrada;
axır kimsə tutub satacaq onu deyəsən.


      ... – 30.09.2013

Digər Məqalələr