Əli Şirin Şükürlü - Beləliklə, neçə metr qalar ömürdən
10/09/2013
köhnə paltar
köhnə paltarlarda həyat əlaməti var. saçları havaya dağılmış,
əlləri ilə donunun ətəyini dizləri arasında zorla saxlayan və
azca yığılaraq geriyə qanrılmış gözəl qadın kimi görünür
külək. külək öncə səsdi - eşidirsən. səs öncə sükut – dinləyə
bilirsən o musiqini. ütüsü pozulmuş paltarım yaşadığımdan
xəbər verir hələ də. hər parçasında xatirələr.
sevincim çox olub, yoxsa kədərim - deyə bilmərəm. amma
ölüncə sevmişəm – bunu yəqin bilirəm. nifrət də olub,
amma sevgim nifrətimi üstələyib həmişə. yəqin ki, savab
işlər də görmüşəm. olub ki, günah da işlətmişəm. həyatı
sevsəm də, intihar barəsində də düşünmüşəm – necə
ölsəm gözəl görünərəm görəsən. işə bax: ölümündən
sonrasını da düşünər adam. sevgi, bir az da mərhəmət
umar. ölümündən sonra da həyat axtarar. bəzən
cismindən əvvəl ruhu ölər adamın, heç xəbəri
olmaz. ölümün estetikasından danışmaq istədim
bu an. akutaqava yadıma düşdü. fikrimdən vaz keçdim.
istəklərimlə reallığın üst-üstə düşmədiyi anlar
da çox olub. ”uyğunsuzluq” sindromunu yaşamışam.
qatil olmaq keçib könlümdən, ola bilməmişəm. sonra
təzədən sevmişəm. sonra...
əvvəlcə heç nə. sonra azacıq təbəssüm, bambalaca ümid.
sonra bir az. sonra bir az çox. sonra bir az da çox.
sonra hər şey – bir nöqtədən sonsuz sayda düz xətt keçər.
sonra...sonra bir qədər az. sonra bir az da az. sonra bir az.
sonra kədər, ümidsizlik, əsəb. sonra. sonra yenə də
heç nə - paralel düz xətlər kəsişməz.
bir sevginin tarixşəsi:
əvvəlcə heç nə. axırda heç nə. yəni son və başlanğıc
eyni. çevrə başlandığı nöqtədə qapanar yəni.
mən hər gözələ yenilmədim, qadınım, vallah, yenilmədim.
mən sevgilərə yenildim. qürbətə yenilmədim.
mən vətənə yenildim. o vətənə ki, orada sən varsan,
doğmalarım var. o vətənə ki, orada başdaşı yazıları –
xatirələrim var. o vətənə ki, orada sevgilərim, nifrətlərim var.
hər sevgiyə də yenilmədim, qadınım, vallah, yenilmədim.
ağrısına, acısına sevindiyim sevgilərə yenildim.
sevgiyə inanmır. bütün qadınları fahişə görmək
istəyir namussuz özünkündən savayı.
həqiqəti danır imansız. hamıya dələduz kimi baxır.
insanın içində mələk də var, iblis də. iblis mələkdən
güclüdü təəssüf. görmürsən insan qanına susayan
siyasətbazları. vətən kəliməsini də nə vaxtsa uydurublar
əbləhlər – hakimiyyət qazansınlar, fateh olsunlar...
təki allahın hamı üçün yaratdığından daha çox mənimsəsinlər.
yollar yolçusu qardaş, ömür vaxtla yox, addımlarla ölçülər -
düzdü?! beləliklə, neçə metr qalar ömürdən. ömür məsafədi –
hər nöqtəsini sürünənlər fəth edər yalnız. sən addım-addım
itirərsən ömürdən, yollar yorğunu qardaş.
kim nə deyir desin. səs daha ilkindi. sudan da, oddan da,
torpaqdan da, havadan da. səs də su kimi: ağrı gətirər
artıq olanda. musiqi səsi olsa da belə. indi şadlıq
saraylarında əvvəlcə səslə doydururuq adamları.
sonra da çeşid-çeşid yeməklərlə. yerli-yersiz çıxışlar
da yerində, iclas salonlarında olduğu kimi. lap yarışa
bənzəyir. öhdəlik götürmüşük elə bil.
birini tanıyırdım, gur səsi vardı. əvvəlcə səsi çökdü
içinə, sonra öldü.
açığı, mən pıçıltıları daha yaxşı eşidirəm. külək gözəl
qadın kimi görünür bu gün. külək nədirsə, öncə
səsdi amma. səs öncə sükut. sükut musiqi. yaranan
nə varsa səsə qayıdar. sonda pıçıltıya dönər. səssizliyə
çevrilər. eşidirsən səssizliyi – pıçıltı pıçıltı pıçıltı...
mən yaxşı eşidirəm külək
yaxşı eşidirəm yağış
--------------------------------
yaxşı eşidirəm külli-aləm
yaxşı eşidirəm: pıçılda pıçılda pıçılda...
...- 03.09.2009