Əli Quliyev - Ələnib qum olaram nə qədər böyüsəm də
02/06/2014
ANA
Ana, bəxtiyarlığım
Varlığından su içir.
Bircə qurtum süd içir,
Əriyib mum olaram,
Ələnib qum olaram.
Nə qədər böyüsəm də,
Gözündə körpəyəm mən.
Sevincin məndən keçir,
Yoluna körpüyəm mən.
Adlı analar kimi
Ad götürmüsən, ana.
Ağlayıb, gözlərinlə
Od götürmüsən, ana.
Düşünüb zəhmətini,
Demə qiymət verilməz,
Ha alışam, ha yanam.
Düşün, ana, ən böyük
Tanrıdan pay verilmiş
Sənin zəhmət haqqınam.
İşi ifallı anam,
Dili misallı anam.
Arzuların yol-izli,
Ümidin ayaqlıdır.
Əllərinin qabarı
Yaşamağa haqq verir,
Yaşamağın haqlıdır!
Əli xəmirli anam,
Ətəyi unlu anam.
Səsli-səmirli anam,
Tanrı yosunlu anam.
Əl tutumluq qəlbinə
Dünya sığınmaz, ana.
Ürəyimə damib ki,
Tanrı səndən utanıb
Mənə toxunmaz, ana.
Darayıb ağ telində
Ağ günümü taparam.
Bu dünyanın içində
Sən mənim öz dünyamsan.
Dünyam durunca varam!
Dünyam durunca varam!