Avanqard

Əhəd Muxtar - Müsəlmanların on beşinci əsrinə

24/04/2013

Mübarəkdir qədəmin!«Allahu-əkbər – ulu tanrı» dünyasına                    tufanla gəlmisən,                    vulkanla gəlmisən!Şəttül-ərəb,Qüds,Colan...Əlbəyaxa döyüşdədir                    qürubla dan!Milyonların şəfa dərmanı səndədəir,Müstəbidlərin ölüm fərmanı səndədir!Səndədir Əfqanıstanın təbəssümü,                 İranın tufanı!Səndədir fələstinlilərin                 Vətən gümanı!Sən neçə ölkə üçün, millət üçünYeni himn,Yeni bayraq gətirmisən!Azadlıq eşqiylə yanan ürəklərəSərin bulaq gətirmisən!..Beş yüz il əvvəlKolumb səyahətə çıxıb                 kəşf etdi «Yeni dünya»nı.Beş yüz ildən sonraRza şah sığınacaq gəzə-gəzəTəzədən «kəşf etdi» Amerikanı...Hələ neçə şahı, sultanı,                 əmiri, xanı                 qürbət gözləyir,                 zillət gözləyir...Düyümlənmiş yumruqları                 göyə qalxanların əsri!Qürubda çarpışıb,Dan yerinə ümidlə baxanların əsri!Xoş gəlmisən                 sən müsəlman dünyasına –Kim üçünsə ulu tanrı,Kim üçünsə ulu insan dünyasına!

Digər Məqalələr