Avanqard

Əfsanə Laçın - Günəş yerində yoxdu…

27/03/2013
















Deyirlər


Daha gecələr nə ay, nə də ulduzlar çıxmır.
Səhərdi
12.00
Günəş yerində yoxdu…
Mən kor olmuşam deyirlər.
Deyirlər ulduzları görənlər var.
Deyirlər günəş yandırır hər yeri.
Deyirlər hamının öz ulduzu var
Bircə məndən başqa…
Deyirlər bu gecə ay 14 gecəlikdir.
Deyirlər ulduzum ovcumdadı.
Gəl,
əllimi aç
ovcumdaki ulduzları göyə düzək.
Ya da apar məni
Ovcundaki ulduzları düzdüyün yerə…


Saçlarım


Taleyimdə saçlarıma oxşayır
Buruq-buruq,
Dolaşıq,
Qarmaqarışıq.
Saçlarımın düyünlərin aça bilmirəm
Bəxtimin düyünlərin közə.
Saçlarım seyrəkləşib
Qismətimə düşən sevinclər kimi…
Saçlarımın rəngini dəyişdim
Həyatın rəngini de, necə dəyişim?!
Saçlarım dəniz
Dərdimi dalğaların arasında gizlətmişəm.
Yeni rəngin kölkəsi düşür üstlərinə.
Yeni rəng mənə yarşır
Dərdimin mənə yaraşmayacağı qədər çox…
Saçlarım yuyulduqca öz rənginə qayıdacaq.
Həyatın əsl rənginə?
Hələ görməmişəm…

Digər Məqalələr