Çingiz Əlioğlu - Mən bilirəm insan necə məhv olur
30/05/2013
Mən bilirəm insan necə məhv olur.İlk baxışda günahsız,xırda görünən şeylərdən başlayır bu.Çox da ürəyincə olmayan bir adamınüzünə güldüyün gülüşdən,boğazdan yuxarı deyilən sözdən,düşünüb-daşınmadan tutduğun işdən,verdiyin boş vəddən,dilinə gətirdiyin yalançı tərifdən...Üstündən keçdiyin xırda qəbahətlərin,özünə bağışlamadığınkiçicik günahların üst-üstə qalanır.Özünüyaxşı göstərməyə çalışa-çalışaözgələrini aldada-aldadaadam özü aldanır......Bir gün görürsən ki,içindəTanımadığın bir adam əyləşib.Və sən onun qulusan,Görürsən ki,özünü sahib kimi hiss edən bu adamınbuyruqlarını əlüstü yerinə yetirmək üçün,əlini əlinin üstünə qoyubhazır durmusan...Mən bilirəm insan necə məhv olur...Bu haqda mənim yanımda danışmağa dəyməz...
1986