Avanqard

Cəlil Cavanşir - İçəsən eşşək kimi

25/10/2013














Heç olmasa ömründə bircə yol
Dəlilik edəsən...
Günəşə gözlərini qıymadan baxıb,
Qucaqlayan tikanlı bir gül kolunu.
Məsələn toyunun il dönümündə
o qədər içəsən ki,
unudasan uşağının üzünü, evinin yolunu.

Heç olmasa ömründə bircə yol
dəlilik edəsən.
Heç vaxt üzünü görmədiyin bir qadına zəng edib
Sevirəm deyəsən.
Saçlarını daramamış çıxasan evdən.
Corabı ayyaqqabının üstündən geyəsən.

Heç olmasa ömründə bircə yol
Dəlilik edəsən.
Tüpürəsən üzü küləyə,
Sonra güləsən.
Çıxıb gedəsən səni tanıyan dostların həyatından
içəsən eşşək kimi
Qarşına çıxan hamını söyəsən.

Heç olmasa ömründə bircə yol
dəlilik edəsən.
Öz qiymətindən də ucuz
Düşmən cəbhəyə \"satılasan\".
Bir addım geriyə çəkilib,
Yer kürəsinin üstündən atılasan...

Heç olmasa ömründə bircə yol
dəlilik edəsən...

/facebook.com/celilcavanshir/

Digər Məqalələr