Avanqard

Bənövşə Mahmudqızı - Qatilim olarsanmı?!

06/09/2018

Qatilim olarsanmı?

Salam ən yaxınım,
Gəlmişəm yenə
Dərdlərimlə
Yanıb yaxılım
Dərdlərimdən
Danışam.
Danışa danışa
Alışam...
Yəni...
Yenə öyrəşəm.
Olduğu kimi həmişə...
Qoyma məni yıxılım!
Bağışla, ən yaxınım,
Ya da qoy...
Ən yaxınım,
Bir yaxşılıq edərsən mi?
Qatilim olarsanmı?
Bu fani həyatı
Mənə həsrət qoyarsanmı?  
İnsanların gözündə qatil,
İnsanların gözündə batil,
Mənim gözümdə
Xilaskar olarsanmı?
Qatilim olarsanmı?
Yoxsa...
Bu həyatla baş-başa
Bitməyən bir savaşla
Bu həyatın ortasında
Eləcə qoyarsanmı?
Yoxsa...
Qatilim olarsanmı?!




Uşaqlar qucaqlayır
Xanım Əliyavaya ithaf
Axşamdan qalmış
Bir sərxoş kimi,
Son nəfəsini verən
Bir naxoş kimi
Yaşayıram...
Dərs üsuluna tərs,
Verirəm insanlara dərs
Mən həyat müəllimiyəm.
Bu səbəbdən
Bir az qəmliyəm,
Gözləri nəmliyəm...
Ağladıram...
Ağladıb, ağlayıram...
Mən həyat müəllimiyəm...
Öncə özü yaşayıb,
Əzabı azaldıb,
Əzab verirəm...
Dərs üsuluna tərs,
Verirəm insanlara dərs.
Naxoşam...
İliklərimə qədər əzaba yoluxmuşam.
Sərxoşam...
İçkim əzab, əzabla dolmuşam...
Küçədə yeriyən bir sərxoş tək
Xülyamı görürəm mən belə?!
İnsanlığa qucaq açmışam...
İnsanlıqla rastlaşmışam!
Uşaqlar qucaqlayır...

Digər Məqalələr