Bahadur Qobustan - Yol polisləri tökülə küçələrə
20/09/2013
Deyirəm elə bir imkan ola ki
Deyirəm elə bir imkan ola ki,
Bütün adamları yığasan bir meydana
Aldadasan başlarını kiçik bir nağılla
Hamsını döndərib edəsən 6 aylıq körpə
Amma indiki ağılla
Dilsiz ağızsız baxalar bir birlərinə
Amma düşüncələri,
oxuduqları qala hamsının başında
Bəlkə bir də böyüyənə
Adamlıq eləyələr 60 yaşında
Deyirəm elə bir imkan ola ki,
Bütün Prezdentləri
Yığıb gətirəsən bir dilənçinin görüşünə
Hamı görə bu mənzərəni.
Nə yol polisləri tökülə küçələrə
Nə də yol bağlayalar,
Hamsı bir-bir sarılıb
Qucaqlaşıb ağlayaralar
O Prezdentlərə baş əyə
Prezdentlər də dilənçiyə
Əyilib baş qoyalar torpağa
Bəlkə dünya gözəlləşə
Onlar qalxanda ayağa
Deyirəm elə bir imkan ola ki,
Bir dəlik açasan dünyanının tən ortasından,
Belsiz, külüngsüz
Heç kimi salmayasan əziyyətə
Tutub bir bir insanların ayağından
Kəlləmayallaq tullayasan cənnətə
Deyirəm elə bir imkan ola ki,
Ayı yerə qatasan yeri də aya
Qartopası kimi yumurlayıb
Atasan azad bir qalaktikaya
Deyirəm elə bir imkan ola ki,
Bütün adamları yığasan bir meydana
Aldadasan başlarını kiçik bir nağılla
Hamsını döndərib edəsən 6 aylıq körpə
Amma indiki ağılla
Dilsiz ağızsız baxalar bir birlərinə
Amma düşüncələri,
oxuduqları qala hamsının başında
Bəlkə bir də böyüyənə
Adamlıq eləyələr 60 yaşında
Deyirəm elə bir imkan ola ki,
Bütün Prezdentləri
Yığıb gətirəsən bir dilənçinin görüşünə
Hamı görə bu mənzərəni.
Nə yol polisləri tökülə küçələrə
Nə də yol bağlayalar,
Hamsı bir-bir sarılıb
Qucaqlaşıb ağlayaralar
O Prezdentlərə baş əyə
Prezdentlər də dilənçiyə
Əyilib baş qoyalar torpağa
Bəlkə dünya gözəlləşə
Onlar qalxanda ayağa
Deyirəm elə bir imkan ola ki,
Bir dəlik açasan dünyanının tən ortasından,
Belsiz, külüngsüz
Heç kimi salmayasan əziyyətə
Tutub bir bir insanların ayağından
Kəlləmayallaq tullayasan cənnətə
Deyirəm elə bir imkan ola ki,
Ayı yerə qatasan yeri də aya
Qartopası kimi yumurlayıb
Atasan azad bir qalaktikaya