Avanqard

Arzu Murad - Öyrəşirsən qaysaqlanmış yaraların ağrısına

06/01/2015

Bütün uşaqlar kimi mən də
bir zamanlar qarın yağmasına sevinərdim,
yeni ilin gəlişini gözləyərdim.
Lakin illər keçdikdən sonra anladım ki,
illər dəyişdikcə insanlar da dəyişir,
qocalır.
Heç nə olduğu kimi qalmır,
heç nə əbədi deyil.
Anladım ki, illər bir-birini əvəz etdikcə,
doğmalar-yadlar da bir-birini əvəz edir-
heç kəs əvəzsiz deyil.
İllər dəyişdikcə insan yaxınlarını itirir,
çevrəsi dəyişir.
Sevgilər də ünvanını dəyişir.
bu gün sevdiyini,
daim yanında görmək istədiyini
sabah sevmirsən.
İllər ayrılıqları yaxınlaşdırır.
sürətləndirir,
sevdiklərini birər-birər itirirsən,
sanki səni tanrı tənha yaradıbmış kimi
öyrəşirsən qaysaqlanmış yaraların ağrısına.
Uşaqkən şaxta babanın varlığına inanardım,
ona sevdiyim oyuncaqlardan ibarət
böyük bir siyahı hazırlayardım.
Amma indi...
indi isə ondan yalnız
torbasında isti nəfəs,
dözümlü sevgi gətirməsini istəyirəm.
hə unutmuşdum,
bir də hüzur istəyirəm.
Və ən nəhayət  illər mənə öyrətdi ki,
sevməyi hər kəs bacarmır,
bu doğal bir keyfiyyətdir.
Hər kəs qəlbində sevgiylə doğulmur,
çünki hər kəs sevginin məhsulu deyil....

Digər Məqalələr