Avanqard

Aqşin Yeniseydən yeni şeir - Həyat və ölüm

27/02/2014















Həyat niyə belə tez düşdün gözümdən
Ölüm niyə belə tez cumdun üstümə
Mən axı sizə nə pislik etmişdim?
İgiday, yer kürəsində qadın adında bir xəstəlik dolaşır,
Milyon illərdi.
Kişilər bilmədən yoluxurlar ona

Və bu xəstəliyin şərti adı “sevgidir”.
Yalan sözdur ki, Tanrı qadını kişinin qabırğasından yaradıb
Qabırğadan yaradılan qadın yer üzündə cəmi bir nəfər olub
O da tamahı ucbatından ərini cənnətdən qovdurub.
Amma mən gör nə işlə məşqulam,
Yağışın üstünə palçıq yaxmışam ki, tez qurusun göy üzü
Ağlamasın buludlar.
Günəşin  yaxasından yapışıb buraxmıram ki, batmasın
İldırımı qamçı  kimi əlimdə tutub dayanmışam küçənin ortasında  

İgiday, dərdin dörd növü var
Bir - insanın bir gün Tanrı kimi tənha qalması
İki - insanın quruldaşan qurbağaların səsinin həsrətini çəkməsi,
Uzaq bir gölün yiyəsizliyi ilə tək qalmaq istəməsi
Üç - insanı atıb gedən qadının gedib öz tənhalığı ilə şəkil çəkdirməsi
Dörd - Həyatın faniliyinin və ölümün əbədiliyinin səsi.

/1937.az/

Digər Məqalələr