Yoxluğunu dəf edə bilmir içdiyim çaxır
14/03/2013
Kənan Hacıdan yeni şeirlər
Yoxluğumdan xəbər tutunca...
Yoxluğun canımda
ağrı kimi dolaşır.
yoxluğunu dəf edə bilmir
içdiyim çaxır,
yoxluğunu
xatirəyə çevirməkdədi zaman
yoxluğunu qurşun kimi
yağır üstümə sabahlardan,
yoxluğun ayağım altından
qaçır yer kimi,
yoxluğuna gomülməkdəyəm,
Eh, bilsən yoxluğun nələr elədi...
səndən xəbərsiz,
biləcəksən...
mənim yoxluğumdan
xəbər tutunca...
Çətini qış gəlincədi...
Yollar ölçüsüz başmağım,
bu başmaqla yal aşmağım,
küləklərlə savaşmağım
daşlı -kəsəkli torpağın
yaxası yırtılıncadı.
Ümidi yavan tikətək
arzuma doğradı fələk.
Xam xəyalım zay toxumtək
yenə həsrət bitirəcək,
çətini qış gəlincədi...
Avanqard.net
Yoxluğumdan xəbər tutunca...
Yoxluğun canımda
ağrı kimi dolaşır.
yoxluğunu dəf edə bilmir
içdiyim çaxır,
yoxluğunu
xatirəyə çevirməkdədi zaman
yoxluğunu qurşun kimi
yağır üstümə sabahlardan,
yoxluğun ayağım altından
qaçır yer kimi,
yoxluğuna gomülməkdəyəm,
Eh, bilsən yoxluğun nələr elədi...
səndən xəbərsiz,
biləcəksən...
mənim yoxluğumdan
xəbər tutunca...
Çətini qış gəlincədi...
Yollar ölçüsüz başmağım,
bu başmaqla yal aşmağım,
küləklərlə savaşmağım
daşlı -kəsəkli torpağın
yaxası yırtılıncadı.
Ümidi yavan tikətək
arzuma doğradı fələk.
Xam xəyalım zay toxumtək
yenə həsrət bitirəcək,
çətini qış gəlincədi...
Avanqard.net