Avanqard

Yaşar Bünyad - Dünyanın dərdi sənəmi qalıb

15/05/2013












              AGRI
Qardaş- dərdi bölmək üçün yaxşıdır,Qərib ölkə- gəzmək üçün yaxşıdır,Vətən-ancaq ölmək üçün yaxşıdır?Gec olacaq bu hikməti bilməyim?!
Yağılardan əskik olmur torpağın,Kimə bağın düşüb, kimə dağların.Üç bölünmüş Vətənimçin ağlaramQismətimə düşəcəkmi gülməyim?!
Dözə-dözə bir unutmaq qorxusu,Ürəyimi yaman sıxır, doğrusu.Təbriz, Dərbənd, Laçın, Şuşa ağrısıSağalarsa, rahat olar ölməyim.
Ümid əkdik, dərd biçəndə- ayıldıq,Oba nədir, yurd köçəndə- ayıldıq,Vətəndə- vətənsiz, köçkün sayıldıq,Dilim-dilim olsun dilim...deməyim?!
Ana yurdum, ey müqəddəs cənnətim,Çox çəkmişəm qəriblikdə həsrətin.Baharı da soyuq olur qürbətin-Ölməyə qoynuna gəlim, gəlməyim?!... 
1995 Saratov

         BƏXTƏVƏR
Bir parça dilin səni bu günə salıb,Dünyanın dərdi sənəmi qalıb?!Dişlərini itilə,Dilini dişlə.Ağzını bağla-dilini dinc saxla!Bu sərsəm dünyadakişini yıxan da,ucaldan da dildir.Hər doğulana deməzlərki,bəxtəvər, dünyaya gəldi...Bəxtəvər odur ki,Vaxtında susdu,Vaxtında  Öldü !


  NƏ QALDI Kİ, BAXILASI...
Həyat bir deyim ağıymış,Ömür acı göz dağıymış.Bu dünya qan çanağıymış-Su yerinə axılası...
Başı saxlayan boyundur,Gah yasındır, gah toyundur.Həyat-əzazil oyundur,Kim vura, kim yıxılası.
İnsan inamdan güc alır,Döyüşür, qurur..,qocalır.Baş var ki, dağdan ucadır,Baş var yerə soxulası.
Ocağımdan rüzgar keçdi,Qədərimi fələk biçdi.Bu dünya zülmətə köçdü-Yol gəzirəm çıxılası...
Yağı basdı düzlərimi,Dərd bükəcək dizlərimi,Tez qapayın gözlərimi-Nə qaldı ki, baxılas?!
 1991 Bakı

İki ölüm gedirSon mənzilinə.Gedir geri baxmadan,Gedir rahat, qayğısız.Arxasınca adamları çəkə-çəkə...Yola salanlarBirinin yoxluğuna ağlayırBirinin dəSaxladığı özü boyda yükə...

    NƏ ŞİRİN YUXUDUR
\"Azərbaycan Bayrağı\" ordenli şəhid adaşım YAŞAR RƏHİMOVUNxatirəsinə
-Köçürəm, şahidim bu dağlar,Yanımda nə anam, nə də yar,Sakitcə ağlayan bulaqlar,Yanıram, bir içim su verin.
Kimsə yox qanımı saxlaya,Kimsə yox yaramı bağlaya.Bir qız da saç yolub ağlaya:-Nə dərin yaradır, nə dərin !
Bir oğul qisməti- pay idimBir Vətən daşına tay idim,Torpağı qucaraq uyudum-Nə şirin yuxudur, nə şirin..
Bir nişan boxçası bağlıdırBir üzük bülindən dağlıdır,Qardaşım, ay dostum dayan, durDe, yerim görünürmü, yerim...
Bəlkə dağ döşündə çəninəm,Bəlkə də cücərən dəninəm,\"Oğul\"-de, ey Vətən, səninəmOlum sısqa bulağın, ya Kürün...,Nə şirin yuxudur, nə şirin!...
2011 Kürdəmir

Digər Məqalələr