Avanqard

Vasif Əlihüseyn - Daş başına olmasın, gör nə gözəl qadının qızısan

01/12/2014

AYB-nin üzvü, prezident təqaütçüsü
 















GÜL KİMİ QIZ İDİN, MƏN SƏNİ SEVƏNDƏ

Gül kimi qız idin, mən səni sevəndə.
Telefonunda yox idi,
qonşu qızlarından xəbər yollayardım sənə.

Necə maraqlıydı,
sənə yolladığım məktublar ananın əlinə
keçəndə.
O, vaxtdan öyrəncəliyəm
İndi də telefonda sənə yazdıqlarımı
anana yollayıram.

Gül kimi qız idin, mən səni sevəndə,
üzün – üzlər görməmişdi,
barmağın üzük görməmişdi,
nişanın da qayıtmamışdı.
əllərindən kimsə tutmamışdı.

dilin də, bu qədər uzun deyildi.
kimsə bilməzdi ki, həyasız olacağını.

Gözlərinin rəngi kimi deyildi xahsiyyətin,
hər dəfə bir rəngə çalmazdı, yadımdadı.

sənin üçün bütün sevgi şeirləri boş şeydi,
elə romantikada.
sən heç vaxt bilmədin nə istədiyini.
Həyatımdakı qadınlar kimi
səndə tez getdin...
Daş başına olmasın, gör nə gözəl qadının qızısan!
 

Digər Məqalələr