Turan İsayeva - Ən çətini göz -gözə gəlmək deyilmi?
22/09/2015
Gecələrcə sətir-sətir yazdığını
Bir gedişdə silmək idimi unutmaq?
İnanmıram.
Belə rahat olmamalıydı məncə
Gözüyaşlı bir qəlbi
Bir-iki sözlə ovutmaq.
Ömrünə yaraşdırdığını
Necə hissdi
qram-qram, damla-damla qurutmaq?
Mümkündürmü?
İnanmıram.
Mümkün deyil eşqə yanan bir ürəyi
Bircə qışla, bir mövsümdə soyutmaq.
Gözü yolda qalan qəlbə
Hansı cümlə məlhəm olar?
Yalan sözdü bəhanələr.
Çətin işdir yaraları sağaltmaq.
İnanmıram.
Ən çətini göz -gözə gəlmək deyilmi?
Gözləmədiyin anda gülüşlərin arasına
Göz yaşı sıxışdırmaq deyildimi ayrılıq?
Ən rahatı yaraları qanatmaqdı.
Sağalarmı?
İnanmıram, inanmıram.
Bir gedişdə silmək idimi unutmaq?
İnanmıram.
Belə rahat olmamalıydı məncə
Gözüyaşlı bir qəlbi
Bir-iki sözlə ovutmaq.
Ömrünə yaraşdırdığını
Necə hissdi
qram-qram, damla-damla qurutmaq?
Mümkündürmü?
İnanmıram.
Mümkün deyil eşqə yanan bir ürəyi
Bircə qışla, bir mövsümdə soyutmaq.
Gözü yolda qalan qəlbə
Hansı cümlə məlhəm olar?
Yalan sözdü bəhanələr.
Çətin işdir yaraları sağaltmaq.
İnanmıram.
Ən çətini göz -gözə gəlmək deyilmi?
Gözləmədiyin anda gülüşlərin arasına
Göz yaşı sıxışdırmaq deyildimi ayrılıq?
Ən rahatı yaraları qanatmaqdı.
Sağalarmı?
İnanmıram, inanmıram.