Səxavət Sahil - Ehtiyyat kişisi olur qadınların
22/02/2013
1.
Paris olmadığım üçün
məni seçmədin.
əslində, sən özün də
Yelena deyilsən.
2.
Ehtiyyat, igidlərin yaraşığıdır.
qadınlar ehtiyyatda
kişi saxlamğı xoşlayır.
Ən azı hər bir qadının ehtiyyat
ehtiyyat kişisi olur.
3.
Təsəvvüründə olan
gələcək həyat yoldaşı obrazının
nəyinsə məndən götürübsən.
Elə buna görə də
uzaqlaşdın məndən...
4.
Yaşım 30 həndəvərində olsa da
çox qocayam,
Tanrının özü qədər qocayam.
Və səni getdikcə
daha yaxşı tanıyıram.
Özünü ilahiləşdirmə,
səndən heç vaxt
Məryəm olmayacaq.
5.
Saçların 2-ci planda
olub həmişə,
hər şey
dodaqlarından başlayıb.
Seks də dodaqlardan başlayır...
6.
Gürüntü üçün
“İdeal”dan parfüm alsan da
İdeal deyilsən.
Amma, metro keçidlərindən
aldığın paltar qədər ucuzsan.