Sevinc Elsevər - Bir əliylə donunun ətəyindən tutan...
06/05/2015
Artpress.az gənc yazar Sevinc Elsevərin şeirlərini təqdim edir.
Akvarium
didişir balıqlar akvariumda
güclülər gücsüzü didir
gücsüzün getməyə yeri yoxdu
dörd yanı şüşədi
keçilməz şüşə
şüşədən o yanda naməlum dünya
gözləri nə boyda olan adamlar...
didişir insanlar ölkəmdə
güclülər gücsüzə qənim
gücsüzün getməyə yeri yoxdu
dörd yanı divardı, daşdı keçilməz
divardan o yanda biganə dünya
yad dildə danışan, yazan adamlar
divarı yarsan
sərhədi aşsan
səni xırda akvarium balığı qədər
görən adamlar
didişir balıqlar akvariumumda
sülhü yarada bilmirəm bir damcı yerdə
Allahı bə niyə qınayırlar
bir-birin didirsə adamlar yerdə?!
***
əvvəllər məktub yazırdı sevdiyi kişiyə
utana-utana verərdi
indi siyahı yazıb verir əlinə
yenə utana-utana
\"pulu çatacaqmı, çatmayacaqmı?\"-düşünə-düşünə
siyahı uzun çıxırsa
ixtisar edir
sevgi məktublarından da sözləri
çıxarıb atırdı belə
hansılar ki, incidə bilərdi.
Dünyadan doymuş adama
daha kimsədən hörmət gözləməyəndə
daha heç kimə hörmət eləməyəndə
heç kimdən sevgi ummayanda
heç kimi sevə bilməyəndə
özünü dəli yellərə təslim eləyəndə
saman çöpü
bağçadakı oyuq kimi
gah sərxoş, gah ayıq kimi
azadsan deməli...
azadsan deməli
qorxmursan ölümdən
itirməyə yoxdu heç nəyin
heç nə gəlmir əlindən
səni dara çəksələr də
son söz qopmaz dilindən
nə aman dilərsən
nə əlvida söylərsən
o qədər azadsan hətta
o qədər
Allahdan qorxun yoxdu
bəndədən hürkün
sevgi hiss eləmirsən
nifrət desəm
o da yoxdu
cəhənnəm nağıl kimi
cənnətə gülürsənsə
cənnəti havayı verələr
istəmirsənsə
əbədi olan hər şeyə
daima yanmağa məhkum günəşə yazığın gəlirsə
günəş elə cəhənnəmdədisə sənə görə
azadsan
ölüm tükünü də tərpədə bilməz
ürkək-ürkək döyər qapını
içəri girməzdən qabaq
kandarda üzr istəyər
müvəqqəti narahatlığa görə...
Nərminimin duası
Allah baba,
sən neçəyə qədər saya bilirsənsə
atam ondan çox yaşasın
mənə iyirmiyə qədər saymağı öyrədib müəlliməm...
***
bir az əvvəl onu bıçaqlayıb
öldürən kişinin
açılmış üstünü örtür
yuxudan hövlnak sıçrayıb ayılan qadın
bıçaqlanan yeri sızıldayır hələ də
yuxusunu suya danışmaq üçün gedir mətbəxə
elə ehtiyatla yeriyir ki
yarasından qan damacaq sanki...
***
avtobusda
məzəmmətli baxışlar altında
bir əliylə dəmir dirəkdən
bir əliylə donunun ətəyindən tutan
pəncərədən vuran yelin
ətəyini də
avtobusun qara pərdələri kimi
havalandırmağa qoymayan qızcığaz
bu donu
elə küləklə oynasın deyə
geyinmişdi...
\"Avanqard\" ədəbiyyat və mədəniyyət jurnalı
Akvarium
didişir balıqlar akvariumda
güclülər gücsüzü didir
gücsüzün getməyə yeri yoxdu
dörd yanı şüşədi
keçilməz şüşə
şüşədən o yanda naməlum dünya
gözləri nə boyda olan adamlar...
didişir insanlar ölkəmdə
güclülər gücsüzə qənim
gücsüzün getməyə yeri yoxdu
dörd yanı divardı, daşdı keçilməz
divardan o yanda biganə dünya
yad dildə danışan, yazan adamlar
divarı yarsan
sərhədi aşsan
səni xırda akvarium balığı qədər
görən adamlar
didişir balıqlar akvariumumda
sülhü yarada bilmirəm bir damcı yerdə
Allahı bə niyə qınayırlar
bir-birin didirsə adamlar yerdə?!
***
əvvəllər məktub yazırdı sevdiyi kişiyə
utana-utana verərdi
indi siyahı yazıb verir əlinə
yenə utana-utana
\"pulu çatacaqmı, çatmayacaqmı?\"-düşünə-düşünə
siyahı uzun çıxırsa
ixtisar edir
sevgi məktublarından da sözləri
çıxarıb atırdı belə
hansılar ki, incidə bilərdi.
Dünyadan doymuş adama
daha kimsədən hörmət gözləməyəndə
daha heç kimə hörmət eləməyəndə
heç kimdən sevgi ummayanda
heç kimi sevə bilməyəndə
özünü dəli yellərə təslim eləyəndə
saman çöpü
bağçadakı oyuq kimi
gah sərxoş, gah ayıq kimi
azadsan deməli...
azadsan deməli
qorxmursan ölümdən
itirməyə yoxdu heç nəyin
heç nə gəlmir əlindən
səni dara çəksələr də
son söz qopmaz dilindən
nə aman dilərsən
nə əlvida söylərsən
o qədər azadsan hətta
o qədər
Allahdan qorxun yoxdu
bəndədən hürkün
sevgi hiss eləmirsən
nifrət desəm
o da yoxdu
cəhənnəm nağıl kimi
cənnətə gülürsənsə
cənnəti havayı verələr
istəmirsənsə
əbədi olan hər şeyə
daima yanmağa məhkum günəşə yazığın gəlirsə
günəş elə cəhənnəmdədisə sənə görə
azadsan
ölüm tükünü də tərpədə bilməz
ürkək-ürkək döyər qapını
içəri girməzdən qabaq
kandarda üzr istəyər
müvəqqəti narahatlığa görə...
Nərminimin duası
Allah baba,
sən neçəyə qədər saya bilirsənsə
atam ondan çox yaşasın
mənə iyirmiyə qədər saymağı öyrədib müəlliməm...
***
bir az əvvəl onu bıçaqlayıb
öldürən kişinin
açılmış üstünü örtür
yuxudan hövlnak sıçrayıb ayılan qadın
bıçaqlanan yeri sızıldayır hələ də
yuxusunu suya danışmaq üçün gedir mətbəxə
elə ehtiyatla yeriyir ki
yarasından qan damacaq sanki...
***
avtobusda
məzəmmətli baxışlar altında
bir əliylə dəmir dirəkdən
bir əliylə donunun ətəyindən tutan
pəncərədən vuran yelin
ətəyini də
avtobusun qara pərdələri kimi
havalandırmağa qoymayan qızcığaz
bu donu
elə küləklə oynasın deyə
geyinmişdi...
\"Avanqard\" ədəbiyyat və mədəniyyət jurnalı