Sərdar Amin - Quru maaşınızı isladırmı balalarınızın göz yaşı?
30/10/2013
Yetmədiklərimə...
Birotaqlı,
çoxuşaqlı
evlər kimi hay-küylü xəyyallardan uzaq
bir şair yıxılıb qalıb içimdə.
Yaşıllığa “göy çəmən” demir daltonlar kimi.
Yuva quran qaratoyuqlar var ha -
çöp yığar baha-bahar -
o da təbəssümdən qırışan sözlər yığar onlar kimi.
Yetdiklərimə yetər,
yetmədiklərimə
şeir atar.
Gözəl insan,
hər şey belə gerçək deyil,
belə boz deyil.
Həmişə torpaq olmur ki, sahil!
bəzən sular görünür üstündə dil-dil.
Sonra dalğaların cızdığı sahillərin
keyfini çıxarır qağayılar.
Bəzən də ağ ayılar...
Kişilər ay kişilər,
deyirlər
ürəyinizə gedən yol
mədənizdən keçir,
heç afrikalı uşaqlar yolçusu oldumu o yolun?
Kişilər ay kişilər,
Dar ağacından yıxılıb ölmədi heç kəs,
qoymadı kəndirlər.
Kişilər ay kişilər,
sizin də quru maaşınızı
isladırmı balalarınızın göz yaşı?
Korlar, can korlar,
“insanların həyata baxış bucağı fərqlidir” -
deyənlərin ağzından vurun.
Axı sizin bircə baxış bucağınız var,
o da kor bucaqdır.
Sizə kor deyənin ağzından vurun.
Deyin, “biz kor deyilik,
dünyanı görməyə gözümüz yoxdur”.
Lallar desin, “lal deyilik,
insanlara daha sözümüz yoxdur”.
Necə ki, cüzamlı dodaqlar deyərdi illər öncə:
“aranıza çıxmağa üzümüz yoxdur”.
Tarixçilər, ehey tarixçilər,
siz Allah boş-boş danışmayın heç vaxt.
Gəlin sizə bir sual verim:
“Toxtamış neçənci ildə toxtamış?”
Fələk, ey fələk,
daha səndən heç nə istəmirlər,
eylə külək, filan... deyə.
Qadınlar duyub onların niyyətini
şalvar geyəndən sonra,
itirib küləklər onlarçın əhəmiyyətini.
İtirib külək qadın baldırı göstərmək qabiliyyətini.
Onlarçın “qabiliyyətsiz küləklər”in şəhəri də itirib dadını.
Ceyran deyib, Ceyranbatanda batırdılar qadını.
Hər tində
tərəzidə gün ərzində
nə qədər ət tökdüyünü ölçən qadınlar,
çəkisini
nə qədər itirdiyini
ölçən kişilər.
Bundan ibarətdir onlarçın şəhər.
Eh onlar, onlar... hər gün artanlar...
* * *
Ey qoca, bəsdir tapdadın bu yolları,
qarlı sulu yolları.
Dustaq daşıyan maşına oxşayırsan.
İçinə həbs etdiyin arzularını daşıyırsan
bu yollarda...
Daşlı yollarda, tozlu yollarda.
Hər axşam yatmazdan öncə
dindirisən istəklərini, arzularını
sonra azadlığa buraxıb
qapadırsan gözlərinin qapılarını,
səhər ayılan kimi günəş şüalarıyla yenə soxur gözünə onları,
içinə alıb gəzirsən yenidən bu yollarda,
çatlı yollarda, quru yollarda.
Yollardan başlayar əriməyə qar -
yollardan yaralanar.
Bir də yarasına duz səpməyin bu bəyazlığın -
ey traktorlu, belli insanlar!
Sevməz belə şeyləri qar kimi təmiz uşaqlar.
Uşaqlar, ay uşaqlar,
Böyüklər qulağınızı dartanda ağlamayın.
Onlar tez böyüyəsiz deyə dartır qulaqlarınızdan - yuxarı.
Siz də böyüməyə “kiş-kiş” deyə dartın qulaqlarınızdan - aşağı.
Analar, ay analar,
geyindirməyin uşaqlara böyük ayaqqabılar,
izləri tapdanar.
Tapdanmaq üçün deyil ayaqlarınız altındakı cənnət
əlçatmaz olmağınız üçündür.
Ey şərqdən qərbə qərbələşən ölkənin,
orta yerindən qəribələşən qadını,
İlk dəfə əsdirəndə o sinəni, kürəyi,
düşdü, itdi ürəyin.
Bir gün atacağını bilsəydilər,
bağlamazdılar o göbəyi.
Ey mulatlığını itirən braziliyalı polis
paradda əlini qadının çılpaq kürəyinə qoyan polis!
Asayişi qoruyan polis!
Qadına toxunan polis!
Nədir üzün dəmir kimi?!
Elə bil daşa toxunursan
Həyatdan doyan polis
Nədən həzz alacaqsan?
Ey Türkiyə sərhədlərində
üfüqdən ümid əmən baxışlar,
Suriyalı uşaqlar, həmən baxışlar...
Onsuzda yer kürəsi “böyük yaşıl kirpi”dir,
siz böyüdükcə daha çox batacaq ayaqlarınıza.
Fikir verməyin, qabağınıza baxın, bir də Allahınıza.
Avanqard.net
Birotaqlı,
çoxuşaqlı
evlər kimi hay-küylü xəyyallardan uzaq
bir şair yıxılıb qalıb içimdə.
Yaşıllığa “göy çəmən” demir daltonlar kimi.
Yuva quran qaratoyuqlar var ha -
çöp yığar baha-bahar -
o da təbəssümdən qırışan sözlər yığar onlar kimi.
Yetdiklərimə yetər,
yetmədiklərimə
şeir atar.
Gözəl insan,
hər şey belə gerçək deyil,
belə boz deyil.
Həmişə torpaq olmur ki, sahil!
bəzən sular görünür üstündə dil-dil.
Sonra dalğaların cızdığı sahillərin
keyfini çıxarır qağayılar.
Bəzən də ağ ayılar...
Kişilər ay kişilər,
deyirlər
ürəyinizə gedən yol
mədənizdən keçir,
heç afrikalı uşaqlar yolçusu oldumu o yolun?
Kişilər ay kişilər,
Dar ağacından yıxılıb ölmədi heç kəs,
qoymadı kəndirlər.
Kişilər ay kişilər,
sizin də quru maaşınızı
isladırmı balalarınızın göz yaşı?
Korlar, can korlar,
“insanların həyata baxış bucağı fərqlidir” -
deyənlərin ağzından vurun.
Axı sizin bircə baxış bucağınız var,
o da kor bucaqdır.
Sizə kor deyənin ağzından vurun.
Deyin, “biz kor deyilik,
dünyanı görməyə gözümüz yoxdur”.
Lallar desin, “lal deyilik,
insanlara daha sözümüz yoxdur”.
Necə ki, cüzamlı dodaqlar deyərdi illər öncə:
“aranıza çıxmağa üzümüz yoxdur”.
Tarixçilər, ehey tarixçilər,
siz Allah boş-boş danışmayın heç vaxt.
Gəlin sizə bir sual verim:
“Toxtamış neçənci ildə toxtamış?”
Fələk, ey fələk,
daha səndən heç nə istəmirlər,
eylə külək, filan... deyə.
Qadınlar duyub onların niyyətini
şalvar geyəndən sonra,
itirib küləklər onlarçın əhəmiyyətini.
İtirib külək qadın baldırı göstərmək qabiliyyətini.
Onlarçın “qabiliyyətsiz küləklər”in şəhəri də itirib dadını.
Ceyran deyib, Ceyranbatanda batırdılar qadını.
Hər tində
tərəzidə gün ərzində
nə qədər ət tökdüyünü ölçən qadınlar,
çəkisini
nə qədər itirdiyini
ölçən kişilər.
Bundan ibarətdir onlarçın şəhər.
Eh onlar, onlar... hər gün artanlar...
* * *
Ey qoca, bəsdir tapdadın bu yolları,
qarlı sulu yolları.
Dustaq daşıyan maşına oxşayırsan.
İçinə həbs etdiyin arzularını daşıyırsan
bu yollarda...
Daşlı yollarda, tozlu yollarda.
Hər axşam yatmazdan öncə
dindirisən istəklərini, arzularını
sonra azadlığa buraxıb
qapadırsan gözlərinin qapılarını,
səhər ayılan kimi günəş şüalarıyla yenə soxur gözünə onları,
içinə alıb gəzirsən yenidən bu yollarda,
çatlı yollarda, quru yollarda.
Yollardan başlayar əriməyə qar -
yollardan yaralanar.
Bir də yarasına duz səpməyin bu bəyazlığın -
ey traktorlu, belli insanlar!
Sevməz belə şeyləri qar kimi təmiz uşaqlar.
Uşaqlar, ay uşaqlar,
Böyüklər qulağınızı dartanda ağlamayın.
Onlar tez böyüyəsiz deyə dartır qulaqlarınızdan - yuxarı.
Siz də böyüməyə “kiş-kiş” deyə dartın qulaqlarınızdan - aşağı.
Analar, ay analar,
geyindirməyin uşaqlara böyük ayaqqabılar,
izləri tapdanar.
Tapdanmaq üçün deyil ayaqlarınız altındakı cənnət
əlçatmaz olmağınız üçündür.
Ey şərqdən qərbə qərbələşən ölkənin,
orta yerindən qəribələşən qadını,
İlk dəfə əsdirəndə o sinəni, kürəyi,
düşdü, itdi ürəyin.
Bir gün atacağını bilsəydilər,
bağlamazdılar o göbəyi.
Ey mulatlığını itirən braziliyalı polis
paradda əlini qadının çılpaq kürəyinə qoyan polis!
Asayişi qoruyan polis!
Qadına toxunan polis!
Nədir üzün dəmir kimi?!
Elə bil daşa toxunursan
Həyatdan doyan polis
Nədən həzz alacaqsan?
Ey Türkiyə sərhədlərində
üfüqdən ümid əmən baxışlar,
Suriyalı uşaqlar, həmən baxışlar...
Onsuzda yer kürəsi “böyük yaşıl kirpi”dir,
siz böyüdükcə daha çox batacaq ayaqlarınıza.
Fikir verməyin, qabağınıza baxın, bir də Allahınıza.
Avanqard.net