Rasim Qaraca - Bütün qurbağalar böyüyüb sevgilim oldular...
05/07/2013
İyunda yazılanlar
*Bu uşaqlar hardan bilsinləryaxınlarda savaş başlanacaq,“Sizlərə tuşlanıb yer üzündəki bütün mərmilər” desənyenə güləcəklər,öz karton evciklərində gizlənəcəklər.
Onlara “Savaş başlanır” desən,gözlərini qıyacaqlar günəşə,“Nə olar, bir dondurma al” deyəcəklər...
*
Ayrılığa bir heykəl olmalı bu şəhərdə,havada uçan bir əl...
*Uşaq vaxtı ilan ağzından qurtardığımbütün qurbağalarböyüyüb sevgilim oldular...
*
Maşınların şüşəsini yuyanpencəyinin qolları çırmalıo balaca oğlanısiz bir də üsyanlar başlayanda görün...
Yerdən daş götürübşüşələri qırandamaşınları yandırandahayqıranda görün...
Hər kəsin qapaz vurubəkəninə söydüyüo balaca oğlanısiz bir də əlində alov\"haydı arxamca\" deyibbağıranda görün...
*
Dəmir yoluyla addımlayırıq,qatarın fitini eşidib sən sağa, mənsə sola ayrılırıq.
Mazut daşıyan bir yük qatarı deyildi sankizaman özü idi aramızdan axan.
Qatar keçib getdi və baxdım kisən artıq yoxsan...
*
Yonca tarlasındabeşqulaq yonca axtararkənsevgi bir yalandır demişdin,yanağında çillərgözlərində günəş vəköynəyinin yaxasındapioner nişanı…
*
Alacalanmış gözlərlə baxacağıq biri birimizətor görünəcək dünya –mənə də elə bu lazımdıdünyanı bulandırıbsəni tutmaq...
*
Yanlış qatara minib səninləyanlış şəhərlərə getmək...
*Soyunursoyunmanın bütün hikmətlərini bilənbir qadın
*
Heç bir şey söyləmədənçəkilib getməyi öyrənir insanyaşa dolduqca...Nifrət etmədən qopmağı,yox olmanın səssizliyini...
*
Ağlını başından çıxart onunbir az günaha batır,qolunu sal boynunaçəkib yatağa yatır...
Təmiz qalmasın bu qədərşeytanlar ovlamasın,pozitiv bir mutluluqbağışla, qoy yaşasın...
/oxuzali.az/