Avanqard

Qalib Şəfahət - Dar ağacı

11/06/2013














Salam, Dar ağacı!Hər vaxtın mübarək.Şanlı-şöhrətlıtaxtın-tacın,Qara bəxtin mübarək!Bir kişi  qeyrəti,Bir qadın isməti,ümidlərdən asılıb qalıb səndə.Bir ümidsiz ümidin,Kölgəsinə qısılmısan sən də.Bir ana fəryadı,Saçlarını yolub səndə.Saçları asıl qalıb,Yellənir, o yana-bu yanaQara yellər əsəndə.Salam, Dar  ağacı!Özünü öymə,Yada ki, bəxtinə söymə.Başlar sağ olsun,Yoxsa sənə dar  ağacı deməzdilər.Ya da səni dar ağacı bilib öyməzdilər.Kökun ağacdan deyil,Gövdən ağacdandı.Göyərmir yarpaqlarin,Kimsə başını sənə yedizdirib ,Böyüdür səni.Salam, dar ağacı!Səndən başlar asılmasa,Səni uşaq yellənçəyi bilərlər.Hər gün analar uşalarını gətirib,Səndə yelləndirərlər.Ya da paltar yüyüb,Səndə sərərdilər.Sənin dəyərin,Səndə asılan başların dəyəri qədərölçülür.Başını başlara qatmısan,Qorxulu olmusan yaman.Hamı kiriyir,səsini də çıxarmır,adın çəkiləndə.Səndə keçir  ən qiymətli başlar,Başlar  yük olur sənə,Başın sağ olsun, dar ağacı!Ömürə qıymaq üçün,Eh! ..Nə şirinsən,Dar  ağacı!...

Digər Məqalələr