Avanqard

Nüsrət Kəsəmənli - Sən demə təzədən sevmək olarmış...

16/05/2013














Sən demə təzədən sevmək olarmış, Tale də təzədən gülə bilərmiş,Küsüb gözüyaşlı gedən məhəbbətPeşiman-peşiman dönə bilərmiş.
Ürək bulud kimi boşalırsa daDemək bulud kimi təzədən dolur.Sonuncu şöləsi titrəyən şamdanAyrı bir şamı da yandırmaq olur.
Sən demə təzədən sevmək olarmış,Köhnə yaraları vaxt, zaman silir,Kəsilən budaqla ölən ağaclarTəzə pöhrələrlə dirilə bilir.
Ağlaya-ağlaya dünyaya gəlibBiz ana südüylə gülməmişikmi?!Hər axşam sapsarı batan günəşiHər səhər təzə-tər görməmişikmi?
Sən demə təzədən sevmək olarmış,Sevgi fürsət deyil quş kimi uça.Nə də kölgədir ki,Qaçasan qova,Ya da sən qovasanO səndən qaça...
Çıxarsan qəlbindən ötən sevgini,Bir gün də tənhalıq sıxacaq səni.Kiməsə etdiyin yaxşılıq kimiMəhəbbət qarşına çıxacaq sənin.
İlk sevgi yuvadan düşən quşcuğaz,Körpə qanadları pöhrələnməyib.Məcnunun ahıyla uçan məhəbbətMin hiylə əliylə yerə enməyib...
Mən ki görməmişəm sevgini susan,Məhəbbət zirvədə bəslənən qarmış.Kim deyir bir dəfə sevilir insan,Sən demə hər zaman sevmək olarmış...

Digər Məqalələr