Nicat Qafuroğlu - Bir skamya var...
08/05/2013
Sizin keçmişinizdə mütləq bir skamya var
Yalvardığın olub, yalvaranın var...
yanında oturmağa...
Mütləq sevənin olub, saymadığın var
qalxıb gedənin olub, ağladığın var...
Sizin kemçimişinizdə mütləq bir skamya var
Üstünə gün düşüb, yağış da yağıb
gülüş də eşidib, qarğış da yağıb
hansısa tək qalan subay dilindən
bir az ağrı qalıb, neynəmək olar
bizim keçmişinizdə mütləq bir skamya var...