Avanqard

Nicat Həşimzadə - Gözlərin unutsun ilk öpüşünü

13/01/2014















Eşq pıçıltıları


Çəkilərsən otağına, qapılarsan tənhalığa,
Dərin sükut içində xatirələrə dalarsan.                                              
Xəyalında xoşbəxt  çağlar canlanar,
Sönmüş alov bəlkə bir də qalanar
Bəlkə dözməz ürəyin vaxtsız ayrılığa,                                                
Bəlkə ağlın duyğularını  danlayar.
Daş qəlbin eşq gücünü 
bəlkə  onda anlayar.                                                                            
Ruhun yanar, qəlbin ağlar,
ayrılıq kəsər eşqin  sonsuz yollarını.


Gözlər

gözlərinə de ki sussun,
söyləməsin həqiqəti.
göstərməsin məhəbbəti,
məhv etməsin səadəti.
danışmasın sonsuz eşqin
qüdrətindən.

gözlərinə de ki sussun,
unutsun vida görüşünü,
ilk utancaq öpüşünü.

gözlərinə de ki, sussun,
görməsin xoşbəxt sevginin
kədərli sonunu.

gözlərinə de ki sussun,
deməsin yolumu gözlədiyini.
unutsun məktəb illərini,
danışmasın ilk sevgidən..

gözlərinə de ki sussun,
ya da yox, qoy danışsın.
eşitməyim dilindəki yalanı
qəlbindəki eşqi görüm.


Avanqard.net


Digər Məqalələr