Avanqard

Nadir Əzhəri - Tapılmayan sərxoş

21/12/2020















Tapılmayan sərxoş
Necə olduğumu sorma,
məni bayırlarda yağış götürüb
və bu şəhərdən pasportun itirmiş bir yabancı tək
tələsirəm getməyə.

Necə olduğumu sorma,
Sanki içimdə ölümə gedir birisi,
məndə bir nisgil,
məndə bir ölən var, qırxı çıxmayır! (1)

Necə olduğumu sorma,
məndə bir fərari yaşayır...
Gahdan gecələr
beynimdəki dağlarla-daşlarda
atışır,
tutuşur,
gahdan yuxudan oyadır məni,
sigara istir!

Necə olduğumu sorma
Dəniz üzərində içgi qutusu…!

Mənə ey tapılmayan sərxoş,
Mənə ey tapılmayan dostum,
Bardağından bir qurtum,
Siqarından bir nəfəs saxla...


(1)- Qırx günlük matəmi bitmir.


Digər Məqalələr