Məhsa Mehdili - Hər yerdə Təbriz var
18/04/2013
TƏBRİZ
özümü itirdiyim yerdəyəm
santım santım tapılmağım gəlir
sürgünlüğündə Təbrizin
mısığın sallamış, adreslər
dustaq qoxulu xiyavanlarında
şəhidlərinə darıxır daş ürəyi
özgürlüyün darıxdığı hər yerdə Təbriz var
Şilidə
Bəngladişdə
Kubada
Viyetnamda
və təbrizsizləyən hər boğazda
lallığını yaşayır
insanlığın uzun dili
Urmuda
Qarabağda
Urumçuda
və təbrizdə,
Təbrizdə
Təbrizsizliyini yaşayır
qarınlar Təbrizi satır
kimisi çörək alır
kimisi güllə
kimisi qan
kimisi də
qarnına daş bağlayır
təbrizi başında saxlayır
darların
körpülərin
bayraqların
başlarında Təbriz,
başdaşlarından tikilib Arazı aşan körpüdə
şəhidlər xiyavanı
bülbüllər Təbrizi geyirlər
dügünlərində
və Qarabağda
güllər
Təbrizi soyunurlar
güllələrilə sevişəndə
və Təbrizə yerikləyir yaslı analar
ağızlarındaki hər acı
Təbriz dadı verir
və Təbrizin santım santımında
Təbrizi daşıyırTəbriz
Təbrizi eyidir
Təbrizi böyüdür
özgürlükcə bir Təbriz doğur Təbriz
yenə Təbriz olur
Təbriz