Avanqard

İslam Kəbirli - Böyütdü sevgilər məni

27/03/2014












Bu şəhərin ortasında,
İstilər qovurar məni.
Bir dəli sevgi ağladar,
Kim gəlib ovudar məni.

Kəpənəklər gül bağından,
Sevdiyimin sorağından,
Çiçəklərin yanağından,
Qovdular, qovdular məni.

Ürəyimdə şirin kədər,
Nələr keçdi məndən, nələr.
Böyüklər dəli dedilər,
Körpələr sevdilər məni.

Bu yağan yağışdı, nədi
Dağları keçdim bilmədim.
Mən ki yetim böyümədim,
Böyütdü sevgilər məni.

Digər Məqalələr