Fərid Hüseynin həbsxanada yazdığı şeir - Öldü şair öldü
18/01/2013
Ölmədi şair
Kəsdilər şairin dilin dibindən
Amma ki, dilini kəsmədi şair.
Baxdı ki, bu dünya yuxu dünyadı.
Dünyaya şeirlər əsnədi şair.
Asdılar şairi ayaqlarından.
Yeri göydə gördü, göyü də yerdə.
Afərin, şairin son nəfəsidi.
Şeir gilələnir əcəl tərində.
Çatdız arzunuza, axır ki, çatdız.
Öldü şair öldü, nə gözəl öldü.
Ölmədi, ölmədi, ölmədi şair.
Allaha uzanan bir cüt əl öldü.