Avanqard

Əsəd Qaraqaplan - Monika Belluciyə sevgi məktubu

17/01/2013














canım gözüm ürəklim - üzülmə sən

Monika Belluci kimi gözəl deyilsən ama

Monika Belluci kimi ürəksiz də deyilsən...

 

aynalara baxma belə

aynalar ki içimizi göstərmədi gözümüzə

gözlərimiz görməyəndə bizi aldatmadı yalnız

sevişərkən gözlərini yumduğunu indi gözəl anlayıram...

 

saçlarını dağıdarkən baxdım sənə

oysa sən çox dağınıqmışsan sevişmək öncələri

kimsələrə demə ama

qadınlar sevişərkən iki qat qadın olur

iki qat gözəl olur

yəni sənin gözəliyin sevişərkən daha üstün Monika Bellucidən

 

o qadınlar ki gəlmədən getməyə alışmışlar

onların gözəlliyi də gəlmədən gedilmiş ama

gözəl qadınların gözəl sevişdiyin görmədim heç

gözəl qadınlar gözəl unudulmuş çirkinləri

kimsələrə demə ama

o qadınlar sevişə bilmədiyindən bir qat qadın belə olmur

bir qat gözəl belə olmur...

 

görmədən sevdiyimiz qadınların gözəl çıxma ehtimalı

bizi daha çox üzür

bizi daha çox üzür görəndə vurulduğumuz qadınlar...

 

canım güzüm ürəklim - üzülmə sən

mənə Monika Bellucini anlat biraz

de ki Monika Belluci sən deyilsən...

Digər Məqalələr