Elnur Astanbəyli - Saatı ən yorğun vaxta qurdum
13/10/2015
Qızların ən yorğunu
Bara getdim dünən gecə
Qızların ən yorğununu seçdim
Şərabların ən yorğununu içdim
Dəniz kənarına getdim
Ən yorğun skamyaya oturdum
Saatı ən yorğun vaxta qurdum
Uzanıb yatdım
Günəşin ən yorğun şəfəqinə durdum
Evə gəldim
ən yorğun barmağımla basdım qapının zilini
səsinin ən yorğun yeri ilə soruşdu qadınım
«hardaydın bütün gecə?»
Nə desəm, nə cavab versəm - bilməm ki…
ən yorğun qızı
ən yorğun şərabı
ən yorğun skamyanı
ən yorğun vaxtı
ən yorğun barmağı
necə anlada bilərdim ki… necə?..
2011
Elçin Səlcuqdan məktub var
bəy, orda dostlar necədi
orda havalar necədi?
bəy, iş-güc necədi orda,
evdə balalar necədi?
sizin dağların dumanı
bizim yayladan keçirmi
Seymur hələ yazırmı, bəy?
bəy, Murad hələ içirmi?
məni soruşsan… yaxşıyam
yaman özlədim dostları
hə bir də… bir də…
orda yağışlar yağanda
burda yanaqlar islanır
dekabr 2010
Niyyət axşamı
(«Unudulmuş dəftər»dən)
bir qaraca daş olaydım
daşlara qardaş olaydım
bir yaralı quş olaydım
qızlara qonmuş olaydım
keçəydi aclar ordusu
yoxsullar lütlər ordusu
əllərində əkmək olaydım
əyinlərində könək olaydım
asılaydı dost körpüsü
üstündən keçmiş olaydım
səndə bir damcı gözəllik olaydı
mən «hop» deyə içmiş olaydım
2004
Ayrılıq yeməyi
hər şey hələ də hər şeydən xəbərsiz
pırıl-pırıl yanan
restoran işıqlarının müşaiyəti ilə baş verdi
öncə o çəkib getdi
və arxasınca nə vardısa
çəkib apardı masadan
çörək qırıntılarını
əzik-üzük salfetləri
boş araq şüşəsini
siqaret kötüklərini
diş çöplərini
hamısının yerində
bir hüzn buraxdı bir ağrı
bir səssizlik bir kədər
indi ödəyə biləcəksənmi
bütün bunların hesabını
varmı üstündə sevgi o qədər?!.
Noyabr 2010
/edebiyyat.biz//
Bara getdim dünən gecə
Qızların ən yorğununu seçdim
Şərabların ən yorğununu içdim
Dəniz kənarına getdim
Ən yorğun skamyaya oturdum
Saatı ən yorğun vaxta qurdum
Uzanıb yatdım
Günəşin ən yorğun şəfəqinə durdum
Evə gəldim
ən yorğun barmağımla basdım qapının zilini
səsinin ən yorğun yeri ilə soruşdu qadınım
«hardaydın bütün gecə?»
Nə desəm, nə cavab versəm - bilməm ki…
ən yorğun qızı
ən yorğun şərabı
ən yorğun skamyanı
ən yorğun vaxtı
ən yorğun barmağı
necə anlada bilərdim ki… necə?..
2011
Elçin Səlcuqdan məktub var
bəy, orda dostlar necədi
orda havalar necədi?
bəy, iş-güc necədi orda,
evdə balalar necədi?
sizin dağların dumanı
bizim yayladan keçirmi
Seymur hələ yazırmı, bəy?
bəy, Murad hələ içirmi?
məni soruşsan… yaxşıyam
yaman özlədim dostları
hə bir də… bir də…
orda yağışlar yağanda
burda yanaqlar islanır
dekabr 2010
Niyyət axşamı
(«Unudulmuş dəftər»dən)
bir qaraca daş olaydım
daşlara qardaş olaydım
bir yaralı quş olaydım
qızlara qonmuş olaydım
keçəydi aclar ordusu
yoxsullar lütlər ordusu
əllərində əkmək olaydım
əyinlərində könək olaydım
asılaydı dost körpüsü
üstündən keçmiş olaydım
səndə bir damcı gözəllik olaydı
mən «hop» deyə içmiş olaydım
2004
Ayrılıq yeməyi
hər şey hələ də hər şeydən xəbərsiz
pırıl-pırıl yanan
restoran işıqlarının müşaiyəti ilə baş verdi
öncə o çəkib getdi
və arxasınca nə vardısa
çəkib apardı masadan
çörək qırıntılarını
əzik-üzük salfetləri
boş araq şüşəsini
siqaret kötüklərini
diş çöplərini
hamısının yerində
bir hüzn buraxdı bir ağrı
bir səssizlik bir kədər
indi ödəyə biləcəksənmi
bütün bunların hesabını
varmı üstündə sevgi o qədər?!.
Noyabr 2010
/edebiyyat.biz//