Avanqard

Elnaz Eyvazlı - Pəncərəmi yağış, qapımı xəyalın döyür

17/07/2013













Pəncərəmi yağış,
qapımı xəyalın döyür.
Bilirsən, bu gün neçə dəfə qapıya qaçmışam,
neçə dəfə qapını utandırıb
xəcalətli etmişəm?
Yağış acıq verir sanki,
hər damla səsi bir həyəcan…
pəncərə şüşələri utandığından tər tökür,
sıxıla-sıxıla,
mən bilirəm o nə çəkir…
Divarlar lal-mat,
gözü kölgəli,
bilirəm, məni çox istəyirsən,
səni açmaz bu ovqat.
Arada dəli-dəli
qışqırmaq istəyirəm
diksinsinlər deyə,
amma niyə?
nədən?
Bax, yenə kölgən düşür pəncərədən,
yenə qapımı döyürsən…
gedim açım,
soyuqdur, üşüyərsən…

Digər Məqalələr