Əlirza Bəxşi - Çayda üzən ay
21/07/2015
Əlirza Bəxşi 21 Sentyabr 1975-ci ildə, Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. 2015-ci ilin iyununda Ərdəbilin xəstəxanasında ağciyarının damar tutulması və ürək çatışmazlıəndan vəfat edib. Avanqard.net mərhum şair Əlirza Bəxşin şeirlərini təqdim dir.
Tək ağac
Silkələmə ağacı nə olar
Qızıl almaların səndən qabaq çırpışdırıblar
Nə veribsən ala bilməyirsən ondan?
Ya ona nə olub
Ondan savay ki adı ağacdır?
Hələ də
Başına gəldiyi
Düşündüyünə güləcək
Və
Titrədiblər onu
Ondan alçaq dostluqlar
Məndən yaxşı olmaq
Məndən yaxşı olmaq
Elə də çətin deyil dostum
Əl-qolum kölələnəndən
Özümü ötüb keçmişəm
Sənə daha
İrciş şəkillərdən deməyəcəyəm
Onlar çəkiliblər
Cavan qalmaq ücün
Mən
Çirkab anlardan deyirəm
Orada
Yenə pişiklər
Əl-üzlərini yuvacaqlar
Tüpürcəklərlən
Quduz itlər də
Sülənirlər
Lüt həvəslər kürsəyində
Və almalar
Almalar
Bölünməmiş
İnanmazlar
Çürüyüblər içəridən
Çayda üzən ay
Kürəyim çapıq-çapıq olsa da
Ayaqqabılarımı tay-dəyişik geyib yollanıram
Ki aldanmayam
Yalançı yelqovanlara
Balıq, qaşiq, narkaman
Maraqlıdır
“görəsən balıqlar yuxu görürlər”?
Gök damarlardan
Küskün əlimdə təkcə bir qaşıq qalıb
Heç inanmazdım o
yalnız sonuncu dilənci olacaq
O zəngin yuxuya
Onlan doyuzdurmuşam aclığımı
Qaynatmışam qanımda üzən əfunu
Gecə çapağanları
Sigaretlərim
Köz öpüşündən doymayırlar
Xoruz banından köpək hürüşünə qədər
Porsuqlar
Ölülərin nişan barmaqlarından
Başlayırlar yeməyə
Niyə ki
Göstərməyələr
Çürümüş rəfidən asılan
Çəlimsiz ıldırım şəkilin
Tək ağac
Silkələmə ağacı nə olar
Qızıl almaların səndən qabaq çırpışdırıblar
Nə veribsən ala bilməyirsən ondan?
Ya ona nə olub
Ondan savay ki adı ağacdır?
Hələ də
Başına gəldiyi
Düşündüyünə güləcək
Və
Titrədiblər onu
Ondan alçaq dostluqlar
Məndən yaxşı olmaq
Məndən yaxşı olmaq
Elə də çətin deyil dostum
Əl-qolum kölələnəndən
Özümü ötüb keçmişəm
Sənə daha
İrciş şəkillərdən deməyəcəyəm
Onlar çəkiliblər
Cavan qalmaq ücün
Mən
Çirkab anlardan deyirəm
Orada
Yenə pişiklər
Əl-üzlərini yuvacaqlar
Tüpürcəklərlən
Quduz itlər də
Sülənirlər
Lüt həvəslər kürsəyində
Və almalar
Almalar
Bölünməmiş
İnanmazlar
Çürüyüblər içəridən
Çayda üzən ay
Kürəyim çapıq-çapıq olsa da
Ayaqqabılarımı tay-dəyişik geyib yollanıram
Ki aldanmayam
Yalançı yelqovanlara
Balıq, qaşiq, narkaman
Maraqlıdır
“görəsən balıqlar yuxu görürlər”?
Gök damarlardan
Küskün əlimdə təkcə bir qaşıq qalıb
Heç inanmazdım o
yalnız sonuncu dilənci olacaq
O zəngin yuxuya
Onlan doyuzdurmuşam aclığımı
Qaynatmışam qanımda üzən əfunu
Gecə çapağanları
Sigaretlərim
Köz öpüşündən doymayırlar
Xoruz banından köpək hürüşünə qədər
Porsuqlar
Ölülərin nişan barmaqlarından
Başlayırlar yeməyə
Niyə ki
Göstərməyələr
Çürümüş rəfidən asılan
Çəlimsiz ıldırım şəkilin