Avanqard

Əli Şirin Şükürlü - Zaman boyu səyahət

31/05/2013









hər dəfə fotolara baxarkən zaman barədə düşünür: 
hadisələrdənyalnız bir parça qalır şəkillərdə. nə geriyə yol var zaman boyu, nə də irəliməkandan fərqli.
o adam elə indicə keçib getmişdi bu küçədən,odur qayıdır. yol kənarında ağacın altındayem axtaran quş görüb onu qalxdı havaya.məkanda üç ölçü cızıldı bir anda.
zamansa...nə geriyə getmək olur,nə də irəli, - məkandan fərqli. ammaməkanlar da var; nə getmək olur, nə də qayıtmaq – yolları bağlı.
birdənböyüyür qarşısındakı foto. böyüyüren və uzunluq boyu. böyüyüriri bir ekrana dönür. azca səksənirəvvəlcə.qəfil hadisələrə alışıb deyə, sonra seyr edir böyüyən müstəvini təmkinlə:
görür öz körpəliyidir ekranda. tutur əlindən aparır əvvəlcə baxçaya, sonra məktəbə,sonra yenə də harasa. elə hey gedib-gəlirlər.arada tutub əl-ələ qalxırlar havaya.  
müxtəlif hadisələr yaşanırbu gediş-gəliş və uçuş-enişlərdə. bəzisiaydıntəsvir olunur ekranda,bəzisi tutqun. bəzisiheç görünmür,itir qaranlığın içində.
hər hadisədən hadisəyə böyüyür uşaq.o qədər böyüyür, axırda ikisi bir adam olur.qaralır ekran. kiçilir müstəvi və
qarşısında foto – uşaqlıq şəkli.
gedib qayıtdı keçmişdən. amma məkanlar da var, məkanlar;nə getmək olur, nə də qayıtmaq - yolları bağlı.
               ... – 17.05.2013

Digər Məqalələr