Cavidan - Praqmatik qadınlar...
28/03/2013
Əvvəl
Atalarını öldürərlər,
Sonra qardaşlarını...
Ağ atlı
Şahzadələr
ərliyə yaramazlar,
sevərlər,
məşuqları olar...
bir
tısbağa girləyərlər,
qınından çıxarıb
qınını
bəyənməyəcək qədər
qaldırarlar onu
başlarının üzərinə,
ərləri edərlər...
şahzadə balaları
doğarlar onlarçın