Avanqard

Zakirə Əliyevanın “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyası nəşr edilib

Avanqard 11/04/2026

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və Süni intellekt” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevanın “Ədəbiyyatşünas alimin elmmetrik pasportu seriyası”ndan “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyası nəşr edilib. Monoqrafiyada Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, nəzəriyyəçi alim, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda tədqiq edilir. Monoqrafiyada filologiya elmləri doktoru Salidə Şərifovanın elmi yaradıcılıq potensialı elmmetrik infoqrafikada təqdim edilir və alimin elmmetrik portreti “Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda”, “Elmmetrik və bibliometrik axtarış: mərhələlər və mənbələr”, “Elmi yaradıcılıq potensialının performansı və transformasiyası”, “Salidə Şərifovanın elmi tədqiqatlarının mövzu diapazonu”, “Elmmetrik bazalar üzrə tədqiqat nəticələrinin infoqrafikası”, “Salidə Şərifovanın əsərlərinin dərc olunduğu jurnallar”, “Qlobal informasiya mühitində təmsil və təbliğ olunma, “Elmi tipologiya və intellektual model dünya ədəbiyyatşünaslığı + süni intellekt müstəvisində”, “Sosial platformalar”, “Kitabxana-informasiya mühiti” adlı fəsillərdə canlandırılır.

X fəsildən ibarət monoqrafiyanın “Zamanla yarış, yaxud ilk elmmetrik araşdırma modeli” adlı Ön sözünün müəllifi filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovadır. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd, rəyçiləri filologiya elmləri doktoru, dosent, Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri Fariz İmranovdur.

 

Digər Məqalələr