Müasir müharibə hekayələrindən ibarət kitab təqdim olunacaq
Avanqard 16/03/2026
Martın 18-i saat 15:00-da "Qanun" nəşriyyatında müasir müharibə hekayələrindən ibarət antologyanın təqdimatı keçiriləcək.
“Kəndə gün doğanda qayıdacağıq” adlanan topluda ən müasir Azərbaycan yazıçılarının ən maraqlı hesab olunan hekayələri toplanıb.
Müəlliflər arasında Rafiq Tağı, Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Seymur Baycan, Nərmin Kamal kimi tanınmış yazıçılardan tutmuş ən gənc qələm sahiblərinə qədər iyirmidən artıq imza yer alıb.
Kitabın tərtibçisi və baş redaktoru Şərif Ağayardır.
Müəlliflərin də qatıldığı təqdimat mərasiminə giriş sərbəstdir. /APA/
Digər Məqalələr
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub.