Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
12/07/2024
Avanqard.net tanınmış bolqar şair-tərcüməçi, ictimai xadim, Dimitrov mükafatı lauretı Yelisaveta Baqryananın şeirlərini təqdim edir.
Mənim nəğməm
Apar məni qayıqçı, apar o yelkəninləQoy yaraq dalğaların sonsuz üfüqlərini.Elə bil uçur göyə ağ şırımlar səninləUçur qağayılartək önündə şəfəqlərin.
Yetək göy dənizlərə, əlvida bu körfəzəÖpsün dodaqlarımız dalğaların duzunuCənub yelindən coşan yelkəninlə üz-üzəAğappaq ilğım kimi üzək sular uzunu.
Dənizdə mən, qayıqçı söylərəm o nəğməni.Vətənimiz haqqında, özü də lap təzədir.Adı buludlar kimi üstümə kölgə salanNəğməsi bal dadıyan, hər kəlməsi gözəldir.
Hər qız nəğmə oxuyur orda, o zəmilərdəOğlanlar da axşamları bağçalarda, bağlarda…Toylarda oxuyurlar, qışda bütün gecəni.Analar da dərdini bölüşür ağılarda.
Eh, bizim nəğmələr də çox qəmli- qüssəlidirNə sən eşitmisən beləsini, nə də bizAxı qisməti belə firavan, xürrəm olanDərdi dağtək ucalan bir xalq siz görməzsiniz..
Bizim dağların qarı heç yayda da ərimirBizim dənizimiz də “Qara Dəniz” adlanır.Qara dağın zirvəsi əlçatmaz, zəhmlidir.Bizim qara torpağı göz yaşıyla suvanır.
Götür məni, qayıqçı, yelqanatlı qayığaYox, onun avarları qorxutmaz bu suları.Qoy getsin sonsuzluğa ağşırımlı yolumuzQucaqlayaq göylərdə bəyaz qağayıları.
Divanəlik
Güclü tufan- həyəcanlı əlamətBu gecə gör nələr gizlədir hələQovaqlar nə üçün belə çırpınır?Nədir bu haraylar, dualar, dinlə!
Susub inləyəcək yenə də zülmətKiminsə ruhudur, can atır bizə.Meşə də qorxudur bizi düşməntəkUlduzlar parlayır gözlərimizə.
Ah, belə gecələr əzabdır dostum!Dəhşətdir yanğının alovlu gözüİntihar edəni səsləyir ölümAllahım! Gecikir yaman dan üzü…
Xoruzlar nə qədər banlayıb artıqKülək də fit çalır, titrəyir səsi.Səs gəlir… ah, atlar… deyəsən batdıq… Sanki arxamızca gəlir birisi.
Nə mən şahzadəyəm, nə də sən kralNə taxt istəyirik, nə də ki, biz tacNə əzab saçırıq, nə də ağrılarSirli elmlərə olmadıq möhtac.
Bizə gərək deyil günahkar qanlarBaxırıq dünyaya nəmli gözlərlə.Bəlkə də sevgili, duyğulu anlarBizə qismət ola doğma üzlərlə..
Həyəcanlı nəğmə
Gəl ey yeni baharım, öz şövqün, həvəsinləƏsrarəngizliyinlə təşvişə sal bizləri.Günəş nə qədər parlaq olsa yenə sirlidiMənim nəğməsiz keçən günlərimin izləri…
Ağaclar yelləyəcək parlayan başlarınıOyadılmış arılar yenə vızıldaşacaq.Hər çiçək açılacaq, arılarla öpüşübZərli ləçəkləriylə zəmilərə uçacaq.
Bu bayram süfrəsində, bu bayram şənliyindəHər toxum göyərəcək, hər dənə böyüyəcəkYaradılmış nə varsa eşqin ənginliyindəSevgisini bizlərə sağlıqlarla deyəcək.
Doğurdanmı o gündən – günəş doğandan bəriO vaxtdan – yer üzünə səhər açılan gündənBu qırğınlar dayanmır, bitmir döyüş səsləriAmansız burulğantək yapışıb meşələrdən
Mənim bu duyğularım bir gün sönüb gedəcək.Zərif zəncirotutək yayılcaq hər yana.Elə ki, göy gurladı, elə ki, tufan qopduMərmilərin dalınca partlaycaq mərmilər.
Bədəli çox amansız yaşanmış yalanlarınHəyat üçün döyüş var, mən hələ döyüşdəyəmDoğma torpaq, sənintək cismim əsir, fırlanırVerdiyim nəfəslərim sənə mənim hədiyyəm…
Körpü
Keçmişə aparan, gedən körpülərUçub dağılıbdı, geriyə yol yox.Yerdən göylərdəki buludlaradəkAlovlar ucalır, yanan şəhər çox.
Yer üzü sarsılıb, əldən düşübdüUçurum görünür dərindən dərinTufan da o qədər güclənibdi ki,Bəlkə də əcəli olar bizlərin….
Hərlənir çərxi də öləcəklərinHərlənir irəli, ah, qayitmırlar.Alnı ləkəlidir, minlər, milyonlarCansız cəsədlərlə döşənib yollar.
O, ucsuz- bucaqsız, çox dəhşətlidirAmma bir sonu var köpüklər üstdəKözərmiş lavadan daha zalımdırOrdan gələcəyə yol dəstə- dəstə…
Onun özülünə minlər, milyonlarTalelər, könüllər, qəlblər qoyulub.Ki, o dəhşətlərin üstündən keçsin,Heç vaxt dağılmasın dibdən yuyulub
Poeziya
Gözlərim səninlə boylanmasaydı bu yer üzünəZülmətlər içində çaşıb qalardım.Mənim baxışlarım qanad açaraqSüzə bilərdimi o göy üzündə?O zərif, utancaq ləçəklərdə mənGörə bilərdimmi belə təmtəraq?Qona bilərdimmi baxışlarımlaUzaq ulduzların bumbuz səthinə?Gözlərim gör nələr itirəcəkdi…Əgər varlığımda sən olmasaydın,Yetməzdim sirrlərin şirin fəthinə.Hissimi, duyğumu oyatmasaydınSədalar duymazdım lal sükutlardaGücümü özümə qaytaran sözü,Mənlə nəfəs alan, mənlə çağlayanO sözü könlümdə tapmazdım düzüMən duya bilməzdim o yaxın, uzaqƏbədi göylərdən gələn səsləriEşidə bilməzdim qonşu küçədənMənə tərəf uçan öz dərdləriyləO lal harayları, od nəfəsləri.Ömrüm necə tənha, yoxsul olardıO ilk gəncliyimdən bu günlərəcənHakim olmasaydın mənim qəlbimə,Əgər ürəyimi ovutmasaydınNəğmələrlə sənMən də bu həyatda yaşayım deyəBütün kədərləri, ayrılıqlarıMən bir yelqanadlı ümidlər kimiElə ürəyimdə daşıyım deyəZülmət gecələri elədin aydınMən hardan tapardım bu gücü, söylə.Əgər ürəyimdə sən olmasaydın…
Tərcümə: Səhlədar Hidayətoğlu