Avanqard

Stiven Kinq yeni kitabının anonsunu verib

30/10/2018

Məşhur amerikalı yazıçı Stiven Kinq oktyabrın 30-da "Yüksəklik" adlı yeni kitabının işıq üzü görəcəyini elan edib.

"Qorxu kralı" bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Sabah mənim "Yüksəklik" kitabım işıq üzü görəcək. Uşaqlar, ümid edirəm ki, oxumağa macal tapacaqsınız", — deyə yazıçı bildirib.

"Scribner" nəşriyyatı məlumat yayıb ki, bu, Kinqin biblioqrafiyasında ən qısa roman olacaq. Kitab cəmi 144 səhifədən ibarətdir.

Bildirilir ki, hekayənin mərkəzində Men ştatının uydurulmuş Kasl-Rok şəhərciyinin sakini olan Skott Keri yer alıb. /Report.az/

Digər Məqalələr