Avanqard

“Yazı” ədəbiyyyat  dərgisinin yeni sayı çapdan çıxıb

04/12/2013

“Yazı” ədəbiyyat dərgisinin 8-ci sayı işıq üzü görüb. Baş redaktorun qeydləri ilə açılan dərginin əvvəlində  bu ilin ədəbiyyat üzrə Nobel ödülünü qazanmış Kanada ədibi Elis Manronun  Araz Gündüzün  tərcüməsində iki hekayəsi verilıib.

Nəsr bölməsində  Fərhad Yalquzağın “Dumana qarşı”,  Ramilə Qurbanlının  “Müharibə minatürləri” romanları,  hərbu jurnalist Vahid Məhərrəmlinin  “Ölüm vaxtı” povesti,  habelə  Ataqam, Sevinc Elsevər, Umbulbanu, Mübariz Örən, Həmid Piri, Məhbubə və Azad Qaradərəlinin  hekayələri çap olunub. 

“Bir kitab şeir”  başlığında  oxucular Ziba Xəlilin,  poeziya başlığında isə Elşən Əzim, Yasemin Pulat, Fikrət Şahbazlı, Taleh Eminoğlu  və Aynur Cavidin şeirlərini oxuya biləcəklər.

“Anım” yerində M.Arazın 80 illiyi anılır,  “Sözümüzün yiyələri” adı altında C.Məmmədquluzadənin  bir hekayəsi və Akif Səmədin  şeirləri oxuculara təqdim olunur.

Çevirmə başlığında X.L.Borxesin, C.Coysun Q.Markesin, A.Platonovun, eləcə də professor Rahid Uluselin tərcümə və təqdimatında R.Toqor, C.X.Cibran,C.Meric kimi dühaların  əsərləri dərc olunub.

Dərginin essestika və tənqid  bölümündə  Niyazi Mehdinin, Mətanət Vahidin, Kənan Hacının  elmi-tənqidi  yazıları verilib. 

İstedadlı tənqodçi, BSU Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızına həsr olunmuş bölmədə isə qələm dostlarının, tələbələrinin və mərhumun özünün son yazısı yer alıb.

“Palirta” bölümü rəssam Nəvai Metinin  rəsmlərinə  həsr olunub.

Dərginin yeni sayında digər yazılarla da tanış olmaq olar.

“Yazı” dərgisinin yeni sayını  “Azərmətbuatyayım”ın və “Qasid”in  köşklərindən əldə etmək mümkündür.
 
Avanqard.net
 

Digər Məqalələr