Yasemin Meydan - Bir quşun qanadındadı həyat
13/01/2016
Avanqard.net türk şairi Yasemin Meydanın şeirlərini gənc yazar Vasif Əlihüseynin tərcüməsində təqdim edir.
EŞQ QUŞUN QANADINA
Bir quşun qanadındadı həyat
Bəzən yüksəklərə uçurar
Bəzən yerlərə düşürər
Bəzən də süründürər
Bəzən də su kimi axıdar
Ta içini uzaqlara aparar
Bəzən də həyat bir anda bitər
Öldüyünü
Xəyallarının bitdiyini görərsən
Onda hər şey sonunu tapar
Onda bir yerdə yaşamaq bitər
Həyatın tamamı da elə budur
Yolun sonudur
ANAM VƏ SEVDİYİM
Mənim ilk və son dostum sənsən
Gözlərimi səninlə açdım
Mən, sənin ürəyindən çıxdım, sənin kimi
Səninlə böyüdüm, yaşa doldum
Amma sənsiz təkliyi bacara bilmədim
Ayrılığa tab gətirə bilmədim
Nəfəs belə ala bilmədim
Ağlamağı, sevinməyi unutdum
Yaşamım söndü sən gedincə
Hər şey nə qədər yalan
Nə qədər acı, ana
Bir tək mənə həqiqi qalan
Və inanan sənsən ana
Qollarına sığınıb doya – doya
Ağladığım başımı bağrına basdığım
Sənsən ana
Dediyim bu sevgi məni tərk etdi
Atıb getdi
Bir sən qaldın, ana
Məni bir ömür boyu tək qoymayacaq
Sən məni onsuz da qoymazsan
Həqiqi sevgin var ikən
Nə də olsa anamsan
Dəyişməyəcək tək həqiqətim
ZƏLZƏLƏ OLUR ÜRƏYİMDƏ
Zəlzələ olur ürəyimdə
Yerindən tərpədir
Sən vurdun onu sən
Adam heç istəyərək ayrılarmı?
Sevdiyindən, hər şeyindən
Ayrılmaq istəmədim ki, mən səndən
Bunu sən istədin məndən
Bilmədim ki, niyə?
Çox alçaltdı bu sevgi məni
Günahım nə idi sevməkdən başqa?
Sənə görə düşdüyüm günümə bax
Sevgisiz qoydun məni
Bezdim bu gəl – getlərdən
Yox, ayrılıq elə bilirdim ölənədəkdi
Nahaq yerə bitdi hər şey
Dağıldı qurulan düzənimiz
Heç bir şey qoymadın
Çevrilib bircə dəfə
Nə etdiyinə baxmadın sən
EŞQ QUŞUN QANADINA
Bir quşun qanadındadı həyat
Bəzən yüksəklərə uçurar
Bəzən yerlərə düşürər
Bəzən də süründürər
Bəzən də su kimi axıdar
Ta içini uzaqlara aparar
Bəzən də həyat bir anda bitər
Öldüyünü
Xəyallarının bitdiyini görərsən
Onda hər şey sonunu tapar
Onda bir yerdə yaşamaq bitər
Həyatın tamamı da elə budur
Yolun sonudur
ANAM VƏ SEVDİYİM
Mənim ilk və son dostum sənsən
Gözlərimi səninlə açdım
Mən, sənin ürəyindən çıxdım, sənin kimi
Səninlə böyüdüm, yaşa doldum
Amma sənsiz təkliyi bacara bilmədim
Ayrılığa tab gətirə bilmədim
Nəfəs belə ala bilmədim
Ağlamağı, sevinməyi unutdum
Yaşamım söndü sən gedincə
Hər şey nə qədər yalan
Nə qədər acı, ana
Bir tək mənə həqiqi qalan
Və inanan sənsən ana
Qollarına sığınıb doya – doya
Ağladığım başımı bağrına basdığım
Sənsən ana
Dediyim bu sevgi məni tərk etdi
Atıb getdi
Bir sən qaldın, ana
Məni bir ömür boyu tək qoymayacaq
Sən məni onsuz da qoymazsan
Həqiqi sevgin var ikən
Nə də olsa anamsan
Dəyişməyəcək tək həqiqətim
ZƏLZƏLƏ OLUR ÜRƏYİMDƏ
Zəlzələ olur ürəyimdə
Yerindən tərpədir
Sən vurdun onu sən
Adam heç istəyərək ayrılarmı?
Sevdiyindən, hər şeyindən
Ayrılmaq istəmədim ki, mən səndən
Bunu sən istədin məndən
Bilmədim ki, niyə?
Çox alçaltdı bu sevgi məni
Günahım nə idi sevməkdən başqa?
Sənə görə düşdüyüm günümə bax
Sevgisiz qoydun məni
Bezdim bu gəl – getlərdən
Yox, ayrılıq elə bilirdim ölənədəkdi
Nahaq yerə bitdi hər şey
Dağıldı qurulan düzənimiz
Heç bir şey qoymadın
Çevrilib bircə dəfə
Nə etdiyinə baxmadın sən